Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq

Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi böyük təntənə ilə qeyd olunub

Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Yubiley tədbirinə şairin doğulduğu Yuxarı Salahlı kəndindən başlanılıb. Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun poeziya evinə gələrək böyük şairin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

Sonra tədbir M.P.Vaqifin kənddəki abidəsi önündə davam etdirilib. Şairin abidəsi önünə gül-çiçək dəstələri qoyan tədbir iştirakçıları şairin xatirəsini böyük ehtiramla anıblar.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yubiley tədbirini giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sonra Respublika Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən mütəfəkkir şair M.P.Vaqifin yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bu yubileyin qazaxlılar üçün, bütün Vaqifsevərlər üçün böyük poeziya bayramı olduğunu vurğulayıb.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal M.P.Vaqifin həyat və yaradıcılığından danışıb.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Sonra söz qonaqlara verilib. Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıblar.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
M.P.Vaqif nəslinin davamçısı Vidadi Müftizadə çıxış edərək yüksək səviyyədə yubiley tədbirinin keçirilməsinə və Vaqif yaradıcılığına, poeziyasına verilən dəyərə görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailəsi adından, Vaqif nəslinin nümayəndələri adından öz dərin minnətdarlığını bildirib.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Daha sonra şairlər çıxış edib. Bakıdan, Daşkəsəndən, Tovuzdan, Ağstafadan, Qazaxdan olan şairlərdən Ələddin İncəli, İsa Cavadoğlu, Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Zaməddin Ziyadoğlu, Rəfail İncəyurd, Sahib İbrahimli, Ramiz Təmkin, Mübariz Qaragözoğlu, Bilal Qoca, Səhlədar Hidayətoğlu, Məzahir Yaqub, Tamella Poladlı, Zərəngiz Dəmirçi Qayalı, şair Dünyamalı şeirlərini oxuyublar.

Sonra Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri və Bakı Dövlət Universiteti Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən parçalar oxunub və “Vaqif” pyesindən bir səhnə nümayiş olunub.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Aşıq Şahmurad Qazaxlının saz havasında M.P.Vaqifin “Durnalar” şeirini oxuması ilə yubiley tədbirinin Yuxarı Salahlı kəndində olan hissəsi başa çatıb.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Daha sonra M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri rayon Gənclər Mərkəzində keçirilən elmi-praktik konfransla davam etdirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Sonra konfrans böyük Azərbaycan şairi M.P.Vaqifin həyat və yaradıcılığından bəhs edən “M.P.Vaqif” adlı filmin nümayişi ilə öz işinə başlayıb.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamlayıb və M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsinin əsl bayram olduğunu bildirib. Sonra şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, bu torpaq, bu məkan tarixin müxtəlif mərhələlərində Azərbaycan ədəbiyyatına incilər bəxş etmiş, şair və yazıçılar yetişdirmişdir. Qeyd etdiyim kimi, Qazax şairlər diyarıdır. Buranın hər bir guşəsində sözün dəyərini bilən insanlara rast gəlmək mümkündür. Çünki, bu diyarda keçmişində öz adını tarixə qızıl hərflərlə yazmış insanlar yaşamışdır. Onlardan biri də Molla Pənah Vaqifdir. Vaqif 1717-ci ildə Qazax mahalının Salahlı kəndində anadan оlmuşdur. 1759-cu ildə Gürcüstan sərhəddində baş vеrən qarışıqlıqlar nəticəsində Qazax mahalının bir nеçə ailəsi kimi Vaqifin ailəsi də dоğma yurdlarını tərk еdib Qarabağ xanlığına köçməyə məcbur оlur. Vaqif burada da məktəbdar kimi çalışır. О, məktəbdə çalışdığı vaxt, еyni zamanda şеirlər də yazaraq yavaş-yavaş məşhurlaşır. İstеdadlı şair еyni zamanda hazırcavab, savadlı bir alim kimi də şöhrətlənmişdi. Şairin şöhrətini еşidən Qarabağ hökmdarı İbrahim xan оnu saraya dəvət еdib, еşik ağası, yəni daxili işlər üzrə vəzir təyin еdir. Lakin Vaqif az bir müddət ərzində öz ağıl və istеdadı ilə böyük nüfuz qazanır, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır və təxminən 27 il müddətində sarayın ən möhtəbər adamlarından biri kimi tanınır.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Vaqif klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında özünəməxsus yer tutan bir şairdir. O, həm böyük şair, həm də siyasi xadim kimi geniş şöhrət qazanmışdır. Dövrünün tanınmış söz-sənət sahibləri Vaqifə böyük hörmətlə yanaşır, onun yaratdığı bədii əsərləri yüksək qiymətləndirirdilər. Bunun ən böyük səbəblərindən biri və ən ümdəsi şairin sadə xalq dilində yazması idi. Məlumdur ki, ədəbiyyatımız Vaqifə qədər bir sıra mərhələlərdən keçmişdir. Böyük Nizamidən başlayan və getdikcə kamilləşən poeziyamız Füzulinin simasında özünün ən uca zirvəsinə yüksəldi. Füzuli ədəbi dilimizi cilalayaraq elə bir hala gətirdi ki, ondan sonra şeir yazmaq, orijinal əsərlər yaratmaq xeyli çətinləşmişdir. Ədəbiyyata yenicə qədəm qoyan şairlər istər-istəməz Füzulinin təsiri altına düşür və onun cazibəsindən çıxa bilmirdilər. Lakin Molla Pənah Vaqif xalq ədəbiyyatından güc alaraq bədii dilimizə şirinlik gətirdi, yaratdığı əsərlərlə yeni bir istiqamətin əsasını qoydu. Zaman keçdikcə özünü Füzuliyə bənzətməyə çalışanlar artıq Vaqif kimi yazmağa cəhd göstərirdilər.

Vaqif öz yaradıcılığı ilə sübut etdi ki, bədii əsər heç bir təhsil görməmiş adamlara da zövq verə bilər. Bunun üçün onun dilində yazmağı bacarmaq lazımdır. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Оnun yaradıcılığında məhəbbət lirikası əsas yеr tutur. Klassik şеrimizin əsas mövzusu оlan gözəllik şairin lirik qоşmalarında yеni bir məna, yеni bir təravət kəsb еdir. Aşıq şеrimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətvеrici rоl оynayır. Оnun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir еdilir.

Halqalanır zülfün buxaq yanında,
Yay qaşların ucu qulaq dalında,
Zənəxdan içində yanaq yanında
Qara tеlli bir xətalı sеvmişəm.

Bu misralarında Vaqif sadə, həyati bənzətmələr vasitəsilə təsvir еtdiyi gözəli оxucunun gözü qarşısında məharətlə canlandıra bilir. Başqa bir qoşmada Vaqif qadın gözəlliyindən bəhs еdərkən vəfa, sədaqət, təmizlik kimi sifətləri bu gözəlliyin ayrılmaz hissəsi оlaraq götürür, еlmli, mərifətli qadınları tərifləyir.

Özgə ilə hərgiz оlmaya işi,
Qafiyə qəzəldən həm çıxa başı,
Bulaqtək qaynaya həm gözü, qaşı
Artıq оla həm kəmalı gözəlin.

Buradan aydın оlur ki, Vaqif gözəllikdən danışarkən təkcə zahiri kеyfiyyətlərlə kifayətlənmir. О, qadınları mənəvi cəhətdən gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir.

Molla Pənah Vaqif mükəmməl təhsil almış görkəmli bir şəxsiyyət idi. Təsadüfi deyil ki, el arasında: “Hər oxuyan Molla Pənah olmaz” – deyimi geniş yayılmışdır. Əgər Vaqif olmasaydı, ondan sonra gələn şairlər yəqin ki başqa bir üslubda yazacaqdılar. Lakin Vaqif poeziyamızın və dilimizin bütün zənginliklərindən istifadə edərək yeni obrazlar sistemi yaratdı. Əruzla xalq şeirinin sintezini yaradan şair dilimizin çox geniş imkanlara malik olduğunu sübut etdi. Hələ orta məktəb illərindən bizə tanış olan “Görmədim” müxəmməsi dediklərimizə parlaq misaldır.

Vaqifin adı gələndə gözlərimiz önündə ömrünü şeirə, sənətə həsr etmiş dahi bir insanın obrazı canlanır. Çünki Vaqif özündən sonra zəngin bir ədəbi irs qoyub getmişdir.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda M.P.Vaqifin xatirə muzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi” adlandırılmışdır. Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. O, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik şair və ədiblərinin ev muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür. Azərbaycanda üç məşhur şairin - Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavidin məzarı üstündə məqbərə tikdirmişdir. Hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və ulu öndər bərbad halda olan dağılmış məzarı ziyarət etmişdir. O, hətta nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir. Sonralar ulu öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikildi. 1982-ci il yanvar 14-də ulu öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. Ümummilli liderin Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Təəssüf ki, 1992-ci il may ayının 8-də bu məqbərə erməni qəsbkarları tərəfindən dağıdılmışdır. 1982-ci ildə ümummilli lider Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşada Poeziya Evinin də açılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri keçirilir. Vaxtilə bu bayram tədbiri Qazaxdan başlayıb Şuşada yekunlaşardı. Lakin bu gün mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu tədbiri Şuşada keçirə bilmirik.

Əsrlər gəlib keçsə də Vaqif poeziyasının əsrarəngiz obrazları yaddan çıxmayacaq. Bunun bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2017-ci il tarixdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanmışdır. Elə həmin tədbirlər planına əsasən də bu gün Qazax rayonunda böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilir.

Çıxışının sonunda R.Babaşov fikrini ulu öndərin dahi şairimiz haqda söylədiyi kəlamı ilə yekunlaşdıraraq qeyd edib ki, “Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı”.

Sonra söz qonaqlara verilib. Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyat institutunun professoru İslam Qəribli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tənqidçi, Azərbaycan Slavyan Universitetinin professoru Rüstəm Kamal, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin müdiri İsmayıl Kazımov, dosent, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aslan Salmanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov konfransda çıxış edərək M.P.Vaqif yaradıcılığından, şeirlərinin zənginliyindən, onun gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq bir daha qonaqlara tədbirdə iştirak etdiklərinə və Vaqif yaradıcılığına verdikləri dəyərə görə Vaqifsevərlər adından, bütün Qazax ictimaiyyəti adından öz minnətdarlığını bildirib.

M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri günün ikinci yarısında Olimpiya İdman Kompleksində təşkil olunan bayram konserti ilə davam etdirilib.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Aparıcı Afaq Gəncəlinin Bakıdan dəvət olunmuş estrada və muğam ifaçılarını, yerli aşıq və müğənniləri səhnəyə dəvət etməsi böyük alqışlarla qarşılanıb.
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
Azərbaycanın xalq artisti Bilal Əliyevin, əməkdar artistlər İlkin Əhmədovun, Sabir Əliyevin, gənc müğənnilərdən Nigar Şabanovanın, Prezident təqaüdçüsü, tar ifaçısı Mustafa Aşurovun, aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Saqif Məzəmlinin, Samir Cəlaloğlunun, Hüseyn Dərgahquluyevin, Həsən İncəlinin, Şahin Süleymanovun, Qoca Ərəbovun, “Səma” rəqs qrupunun ifalarında səslənən bir-birindən şəx, şux mahnılar, saz havaları, nümayiş olunan rəqslər əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Elçin İSMAYIL

Facebook-da paylaş