Qazaxın mənzərələri fotolarda » Göyəzən internet portalı


Qazaxın mənzərələri fotolarda

Qazaxın mənzərələri fotolarda
Öz təbii gözəllikləri ilə zəngin olan Qazax rayonu yaz fəslində daha da gözəl və füsunkar olur. Onun başı göylərə dəyən dağlarına, yamyaşıl yamaclarına, hayqıraraq axan çaylarına, insana laylay çalan bulaqlarına baxdıqca doymaq olmur. Bu gözəlliklər istər rayon sakinlərini, istərsə də Qazaxa gələn qonaqları öz qoynuna səsləyir.
Qazaxın mənzərələri fotolarda
Qazaxın mənzərələri fotolarda
Qazaxın mənzərələri fotolarda
Rayonun füsunkar təbiəti, zəngin landşaftı rəssamı da, fotoqrafı da, şairi də, başqa peşə sahiblərini də onun gözəlliklərini çəkməyə, yazmağa, insana böyük bir zövq bəxş edən anlarını lentə köçürməyə çağırır. Bu çağırışa səs verən sənət adamları təbiətin füsunkarlığını özündə əks etdirən slaydlar, fotoşəkillər, etüdlər çəkib hazırlayırlar.

Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunan gənc rəssamların, fotoqrafların əl işlərindən ibarət sərgi kimi. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan "Qazaxda üç gün" adlı sərgidə 69 ədəd rəsm əsəri və foto nümayiş olunub. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri, tələbələr, orta məktəb şagirdləri və gənclər sərgidə iştirak ediblər.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sərgiyə baxmaq üçün qalereyaya gəlib. O, burada Bakı şəhərindən gəlmiş gənc rəssamlar Akif Əmirov, Aynurə Mustafayeva və İradə Qədirova ilə görüşərək onlarla səmimi söhbət edib. Ölkəmizdə, eləcə də rayonumuzda gənclərə, istedadı olan insanlara yaradıcılıqla məşğul olmaq üçün hər cür imkan və şəraitin yaradıldığını bildirib.

Qeyd edib ki, Qazaxın təbiəti olduqca gözəl və zəngindir. Bu gözəllikləri fotoşəkillərin, fırçanın dili ilə insanlara çatdırmaq isə olduqca vacib və əhəmiyyətlidir. Bu isə istedad və məharət tələb edir.

Sonra R.Babaşov sərgi ilə tanış olub.
Qazaxın mənzərələri fotolarda
Qazaxın mənzərələri fotolarda
Qazaxın mənzərələri fotolarda
Gənc rəssamların bir-birindən gözəl olan etüdləri maraqla qarşılanıb.

Gənc fotoqraflar isə Qazaxın müxtəlif yerlərində olaraq həm təbiət mənzərələrini, dağları, çayları, lalələrə bürünmüş çölləri, həm də kəndlərdə yaşayan zəhmət adamlarını, sərhəd kəndlərinin uşaqlarını lentə alıblar. Onların hazırladıqları şəkillər sərgiyə baxanlara xoş ovqat bəxş edib.

Sonda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov gənc istedadlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Qazaxın mənzərələri fotolarda
Qazaxın mənzərələri fotolarda
Elçin İSMAYIL



Facebook-da paylaş