Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı » Göyəzən internet portalı


Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı

Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı
Bu gün Qazaxda heç kimə sirr deyil ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar və xiyabanlar ziyarət olunmuş və onların abadlaşdırılması üçün lazımi tapşırıqlar verilmişdir.

Son zamanlar Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanları heç də ürəkaçan vəziyyətdə deyildi. Göstərilən laqeyd münasibətdən, baxımsızlıq ucbatından hər üç ünvanda pis vəziyyət yaranmışdı. Bu isə şəhidlərimizin doğmalarını, ailə üzvlərini haqlı olaraq narahat edirdi.
Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı
Verilən tapşırıqlar nəticəsində həmin yerlərdə dərhal tikinti-bərpa və abadlıq işlərinə başlanıldı. Şəhidlərimizin adına layiq məqsədyönlü işlər aparıldı. Görülmüş işlər Rəcəb Babaşovun şəhidlərimizə və onların ailələrinə göstərdiyi diqqət və qayğının əyani təzahürü idi.
Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı
Bu günlərdə aparılmış tikinti, abadlıq və yenidənqurma işlərindən, əsaslı təmirdən sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun, aparatın məsul işçilərinin, hüquq mühafizə orqanlarının, SXÇDX Qazax rayon şöbəsinin əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin, gənclərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə Yuxarı Salahlı və Daş Salahlı kəndlərindəki Şəhidlər Xiyabanları ziyarət olunmuşdur.
Müqəddəs ziyarətgah - Şəhidlər Xiyabanı
Əvvəlcə, hər iki kənddə şəhidlərin əziz xatirəsi anılmış və abidələri önünə tər qərənfil dəstələri qoyulmuşdur. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Daş Salahlı kəndində şəhid bacıları Hicranə Məmmədova, Pəri Pənahova, şəhid anası Sürəyya Cəbiyeva, kənd ağsaqqalı Mustafa Mahmudov, Yuxarı Salahlı kəndində isə şəhid anası Sona Kazımova və kənd ağsaqqalı Abdulla Məmmədov çıxış etmişlər. Hər iki kənddə çıxış edənlər şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Sonra məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova rəhbər təyin olunan gündən şəhidlərimizə, onların ailə üzvlərinə göstərdiyi səmimi və doğma münasibətə, hərtərəfli köməyə və yardıma görə səmimi razılıqlarını ifadə etmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hər iki mərasimdə çıxış edərək bildirmişdir ki, ölkəmizdə şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulur, daim yad olunur. Onlar həmişə qəlblərdə yaşayırlar. Şəhidlik ən yüksək zirvədir. Bu zirvəyə yalnız Vətənini canından artıq sevənlər yüksələ bilirlər. Bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Onların adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin köməyi və yardımı getdikcə daha da artır. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin,

Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır.

Elçin İSMAYIL


Facebook-da paylaş