Şəhid Orxan Əliyevin ad günü qeyd olunmuşdur » Göyəzən internet portalı


Şəhid Orxan Əliyevin ad günü qeyd olunmuşdur

Bu ilin aprel ayında düşmənə qarşı döyüşlərdə Qazax rayonu 3 şəhid vermişdir. Onlardan birinin - Orxan Əliyevin avqustun 11-də ad günü qeyd olunmuşdur.
Bununla əlaqədar Orxanın uyuduğu Aslanbəyli kənd qəbiristanlığında, şəhidin məzarı önündə tədbir keçirilmişdir. Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV nümayəndələri iştirak etmişdir.
Şəhid Orxan Əliyevin ad günü qeyd olunmuşdur
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək Orxanın keçdiyi döyüş yolundan, şəhidlərin ölməzliyindən, aprel döyüşləırində Azərbaycan Silahlı Qüvvəilərinin düşmənə sarsıdıcı zərbələr endirməsindən, qoşunlarımızın qazandığı qələbədən söz açmışdır. Qeyd etmişdir ki, Orxanın, eləcə də şəhidlik zirvəsinə yüksəlmiş bütün şəhidlərimizin xatirələri əbədi olaraq yaddaşlarda qalacaqdır. Onların xatirəsi həmişə əziz tutulacaq, ailə üzvləri daim dövlətin və insanlarımızın diqqətində olacaqdır.
Şəhid Orxan Əliyevin ad günü qeyd olunmuşdur
Sonra ağsaqqal Xanqulu Süleymanov, AYB Qazax zona filialının sədri Barat Vüsal, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı qüvvələrin ehtiyatda olan zabitlər Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, hərbiçilər və başqaları çıxış edərək bildirmişlər ki, illər ötsə də, nəsillər dəyişsə də şəhidlər heç vaxt unudulmayacaqdır.

Sonra şəhidin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.

Elçin İSMAYIL


Facebook-da paylaş