• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib

Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Qazax rayon İcra Hakimiyyətində XX əsrin ən böyük radiasiya fəlakəti olan Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonda yaşayan çernobıl əlilləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in dördüncü blokunda baş vermiş qəza böyük bir ərazini xarabazara çevirmiş, yüzlərlə adamın həyatına son qoymuş, yüz minlərlə adam radioaktiv şüalanmaya məruz qalmış, sağlamlığını itirmiş, ömürlük əlil olmuşdur. Qəzanın nəticələrinin aradan qaldırılmasında 8 mindən artıq azərbaycanlı iştirak etmişdir.
Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Çernobıl əlillərinin və ailə üzvlərinin daim dövlət qayğısı ilə əhatə olunduqlarını nəzərə çatdıran R.Babaşov onların üzləşdiyi problemlərin həllində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanunun böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilibQazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə çıxış edən çernobıl əlillərindən Səfər Cəfərov, Tahir Süleymanov, İlham Hacıyev, Çingiz Bənnayev, Məzahir Əliyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, son bir neçə ayda Qazaxda illərlə yığılıb qalmış problemlər öz həllini tapıb, genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilib və bu proses bu gün də davam etməkdədir.
Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilibQazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Çıxış edənlər onları qəbul etdiyinə və problemləri ilə yaxından maraqlandığına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün çernobıl əlillərinin təşəkkürlərini çatdırıblar.

Elçin İSMAYIL


Facebook-da paylaş