Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır » Göyəzən internet portalı


Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır

Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayon mərkəzində, sərhəd kəndlərində, eləcə də digər kəndlərdə əhali ilə tez-tez görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanır, yaranmış çatışmazlıqları yerindəcə həll edir. Belə görüşlərin mütəmadi olaraq keçirilməsinin nəticəsidir ki, əhali arasında rayon rəhbərliyinə qarşı böyük inam və etimad yaranmış, həlli vacib olan ilkin problemlər tamamilə aradan qaldırılmışdır.
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Yaz-tarla işlərinin indiki qızğın çağında İcra Başçısı yenə də tez-tez kənd sakinləri ilə görüşlər keçirir, sahələrdə olaraq təsərrüfat işlərinin gedişatı ilə maraqlanır. Bu da camaatda böyük ruh yüksəkliyi yaradır, torpaqda çalışan insanlara sözün əsl mənasında, qol-qanad verir. Bunun nəticəsidir ki, rayondakı tikinti-quruculuqla yanaşı, kənd təsərrüfatında da işlər istənilən qaydada və səviyyədə gedir. İşləmək üçün yüksək şəraitlə təmin olunmuş kənd sakinləri qollarını çirməyib öz əkin işləri ilə məşğul olur, indidən gələcək bol məhsulun bünövrəsini qoyurlar.
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Aslanbəyli kəndində keçirilən görüşdə də kənd təsərrüfatı sahəsində görülən işlərdən danışılıb. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra həyata keçirilən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, rayonumuzda bütün sahələrdə işlər görülür. Elə bir sahə yoxdur ki, orada iş görülməsin, tərəqqi və inkişaf olmasın.

Bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu qeyri-neft sektorunun inkişafı proqramı, onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsi vəzifələri rayonumuzda uğurla həyata keçirilir. Əvvəlcədən görülən hazırlıq işlərinin nəticəsidir ki, bu gün rayonda çuğundur, kartof, tütün əkini sürətlə həyata keçirilir. Digər sahələrdə də aqrotexniki tədbirlər görülür. Suvarma suyu kifayət qədərdir və bu sahədə heç bir problem gözlənilmir. Texnika və digər avadanlıqlar da yetərincədir və yaxın vaxtlarda yeniləri də veriləcəkdir. Bir sözlə, rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazım olan hər cür şərait var.
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək Aslanbəyli kəndində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra kənd sakinlərindən Şölə Rəhimova, Kifayət Musayeva, Alı Cəfərov, Qədəh Umudov, Adil İsmayılov və başqaları çıxış edərək mütəmadi olaraq onlarla görüşə gəldiyinə, kənd sakinlərinin problemləri ilə daima yaxından maraqlandığına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə bir sıra qayğı və çatışmazlıqlardan da söz açılıb.

Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Hər görüş insanlarda böyük ruh yüksəkliyi yaradır
Elçin İSMAYIL


Facebook-da paylaş