Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq abidə kompleksinin açılışı olub

Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq abidə kompleksinin açılışı olub.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Milli Qəhrəmanın doğulduğu Qazaxbəyli kəndində keçirilən açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, İcra Aparatının məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri, Qazax RİHB-nın kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, Milli Qəhrəmanın adını daşıyan məktəbin müəllim-şagird kollektivi, qonaqlar, tələbə yoldaşları, ailə üzvləri, dostları, yaxınları, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq şəhid jurnalist Alı Mustafayevin həyatı və fəaliyyəti barədə danışıb.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qeyd edib ki, A.Mustafayev Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlamış və daim ön cəbhədə olaraq öz jurnalist fəaliyyətini peşəkarcasına yerinə yetirmişdir. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən Alı Mustafayev “İlin ən yaxşı jurnalisti” və “Respublikanın Əməkdar Jurnalisti” fəxri adlarına layiq görülmüşdür. A.Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın vətənpərvər oğulları, eləcə də jurnalistləri unudulmurlar. Çünki bu qəhrəman insanlar, vətənpərvər jurnalistlər azadlıq, müstəqillik mücahidləri kimi canlarını Vətən yolunda fəda ediblər.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Böyük Vətən Müharibəsi Veteranı, ağsaqqal Xanqulu Süleymanov, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ələddin İncəli, şəhidin tələbə yoldaşlarından telejurnalist Qərənfil Xəlilova, AzTv-nin əməkdaşı Mirzə Yusifov, "Xalq" qəzetinin Şəki-Balakən üzrə bölgə müxbiri İlqar Həsənov, RİHB Aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov, əməkdar jurnalist Sərhəd Məmmədov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, şair Kazım Kazımlı və başqaları çıxış edərək A.Mustafayevin jurnalistika sahəsində olan xidmətlərindən danışıb, onun jurnalstika ilə yanaşı yaradıcı şair olduğunu da qeyd ediblər. Onunla bağlı olan xatirələrindən söz açıb, yazdıqları şeirləri oxuyublar.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Milli Qəhrəmanın həyat yoldaşı Lalə xanım və oğlu Tural Mustafayev çıxış edərək Alı Mustafayevin xatirəsinə göstərilən hörmət və ehtirama görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün açılışına toplaşdığımız bulaq abidə kompleksi şəhid jurnalistə verilən dəyərin ən bariz nümunəsidir.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Sonra Qazaxbəyli kənd tam orta məktəb şagirdlərinin ifasında Milli Qəhrəman Alı Mustafayevin şeirlərindən ibarət hazırlanmış ədəbi-kompozisiya nümayiş olunub.
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Daha sonra Milli Qəhrəmanın ata evində ehsan süfrəsi açılıb.

Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş
GOYEZEN.AZ



Facebook-da paylaş