Tibbi maskadan istifadə etmək özümüzü və əzizlərimizi qorumaq deməkdir
Ölkə Prezidenti cənab İlham
Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində görülən zəruri tədbirlər bu gün də davam
etdirilir. Azərbaycan Respublikasının
ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə
əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədovun 29 may 2020-ci il tarixli
190 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə
ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin
müddəti növbəti dəfə 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb. Həmçinin
"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası
Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi,
yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər
zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən xüsusi karantin rejimində
tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərar qəbul olunub. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tibbi ləvazimat və
qoruyucu vasitələrə, o cümlədən maskalara tələbatın kəskin artması səbəbindən bu
istiqamətdə təminat sahəsində də məqəsdyönlü işlər görüldü. Respublika
Prezidenti İlham Əliyev və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə bu il
aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən
yaradılan tibbi maska istehsalı müəssisəsinin, mayın 12-də Sumqayıtda "Gilan Tekstil
Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı
müəssisəsinin açılışları bu sahədə atılan ən uğurlu
addımlar oldu. Bu baxımdan ölkədə kifayət
qədər maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının
təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Cənab Prezident İlham
Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında
iştirak edərkən tibbi maskadan istifadə etməsi isə hər bir Azərbaycan vətəndaşı
üçün əsl nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli,
Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların tibbi maskadan istifadəsinin ciddiliyinə məsuliyyətlə
yanaşılır, verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə
yerinə yetirilir. Əhalinin bu dönəmdə tibbi
maskalara, dezinfeksiyaedici məhlullara, gigiyenik vasitələrə, spirtlərə
gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq rayonda fəaliyyət göstərən
apteklərdə reydlər keçirilib. Aptek
rəhbərləri hazırda apteklərdə
kifayət qədər tibbi maskanın və spirtin, eləcə də gigiyenik vasitələrin
olduğunu qeyd ediblər. Ölkədəki yaranmış vəziyyətlə əlaqədar sakinlərin tibbi
maska və spirtlə bağlı daha çox müraciət etdiklərini vurğulayıblar. Unutmayaq ki,
sağlamlığımızı qorumaq öz əllərimizdədir. Karantin qaydalarına əməl edək, maska
taxaq, sosial məsafə saxlayaq. Koronavirusa qalib gəlməyin yolu budur.
GOYEZEN.AZ
Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı
Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı
Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı
Facebook-da paylaş