Qazaxda bütün küçələr abadlaşacaq
Əminə Dilbazi küçəsi Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində
Qazax rayonu inkişaf edərək respublikamızın müasir və abad rayonlarından birinə
çevrilir. Son illər rayonda regionların
sosial-iqtisadi inkişafına dair qəbul
olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş
miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Dövlət başçısının birbaşa göstərişi, köməyi və qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin
içməli su və kanalizasiya sistemi də tamamilə yenidən qurulur. Şəhərdə aparılan
su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı
küçələrdə eyni zamanda abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına da
başlanılıb. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd
Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün
salınması göstərir ki, şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi
yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsi ilə
yanaşı, şəhərin Hacı Zeynalabdin Tağıyev, Əminə Dilbazi, Murtuz Carçıyev və Molla
Vəli Vidadi küçələrində də olub. Rayon rəhbəri adları çəkilən küçələrdə
abadlıq işlərinin aparılmasını, səkilərdə bardürlərin yenilənməsini və səliqəyə
salınmasını bildirib. Görülən hər bir işin keyfiyyətinə üstünlük
verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib. Hacı Zeynalabdin Tağıyev küçəsi Səməd Vurğun küçəsi Murtuz Carçıyev küçəsi Əminə Dilbazi küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş