Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Son illər ölkə
iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq,
iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl
islahatlar həyata keçirilir. Bu islahatlar "kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli
dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar
yaradır. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi
nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə
artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri
daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat,
rabitə və ticarət kimi xidmət sahələrində son illər əldə olunmuş nailiyyətlər
uğurla davam etməkdədir. Qazax rayonu üzrə
2020-ci il yerli cəmi gəlirlərin proqnozu 12.352.000 manat məbləğində müəyyənləşdirilmişdir.
Ümumi gəlirlərin 4.535.000 manatını (36,71%) mərkəzləşdirilmiş gəlirlər, 7.817.000
manatını (63,29%) isə yerli gəlirlər təşkil edir. I rübdə yerli daxilolmalar 2.593.920 manat proqnoza
qarşı 2.834.328 manat və ya 109,27 faiz yerinə yetirilərək büdcəyə 240408
manat, yəni 9,27 faiz çox vəsait daxil olmuşdur. 2020-ci ilin 1 rübü ərzində məhsul buraxılışının həcmi 45.400.000 manat olmuşdur. Kənd təsərrüfatı məhsulunun
həcmi 11.400.000 manat olmaqla keçən ilə nisbətən 0,5 faiz çox, sənaye məhsulunun
həcmi isə 10.510.000 manat təşkil etmişdir. Rayon üzrə yanvar-fevral aylarında
nominal orta aylıq əməkhaqqı 454,3 manat, rüb ərzində adambaşına məhsul buraxılışı
isə 461,2 manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 3.521.600
manat, tikinti quraşdırma işlərinin həcmi 3.424.000 manat olmuşdur. Əhali tərəfindən
ümumi dəyəri 1.485.000 manat olan 38 yaşayış evi tikilib istifadəyə
verilmişdir. Hesabat dövrü ərzində 12 müəssisə və 352 nəfər fiziki şəxs
qeydiyyatdan keçmiş, 376 daimi iş yeri açılmışdır. 01 yanvar 2020-ci il tarixinə
iqtisadi fəal əhalinin sayı 56731 nəfər olmuşdur ki, bunun da 54231 nəfəri məşğul
əhalidir. Respublika Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata,
sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər
Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının
qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib. Pandemiya dövründə
dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına
yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması
istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki
qorundu, həmçinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə
olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında
105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə, pandemiya
dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və
onlar işsizlik riskindən qorundu. Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə
tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən
iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini
ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər
planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə
900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu
işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş,
onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5
mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya
edilmişdir. Son
illər Respublika Prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda istifadəyə verilən ”Azərxalça” ASC tərəfindən
tikilən xalça müəssisəsi, Daş Salahlı kəndində yerləşən Qazax Sement zavodu, "Mətanət
A” şirkətinə məxsus "Azerlime” əhəng zavodu, İkinci Şıxlı kəndində
”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ı, "Gedik-Carçı
Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən mebel fabrikinin
inşası rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən
məqsədyönlü işlərdir. Dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və
"kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən
çıxış edərək öz dəstəyini göstərdi. Pandemiya ilə əlaqədar
tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar
təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət
dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının
humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər
qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin
edildi. Aprelin 17-də cənab Prezident
İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində
hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. "Bu kateqoriyaya aid
olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda,
koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır.
Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab
Prezident bir daha dedi: "Baxmayaraq, mən
dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki
bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti,
pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti
nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu
ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında
çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından
çıxmaqdır. Sahibkarlara müraciət edirəm,
qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək
müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək
müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,
İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”. Beləliklə, pandemiya
dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində
yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə
tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə
yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Belə ki, əmək
qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan
ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə
genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu
proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı
dövlət sosial yardımı ilə təmin edilir. Digər tərəfdən,
pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin
edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və
sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan
ödənişlərdən kənarda qalır. Koronavirus dövrünün "acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və
vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və
əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Şəffaflıq sahibkarın
və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı
olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik
nümayiş etdirdi. Koronavirus təcrübəsi
belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi. Ölkə başçısının qeyd
etdiyi kimi, "burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes
dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini
kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin
olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə
çevriləcək. Bunu nəzərə alaraq
iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik
post-koronavirus dövründə də davam etdirilməlidir. GOYEZEN.AZÖlkə
Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması isə
ölkəmizdə vətəndaş mövqeyinin hər zaman ön planda olmasından xəbər verir.
Xüsusilə də pandemiya dövründə bu təşəbbüsün davam etdirilməsi bunu bir daha
sübut etdi ki, dövlət hər zaman ölkə vətəndaşını və onun rifah halının
yaxşılaşdırılmasını düşünür. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf
şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində
"DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması da
məhz bu sahədə ən böyük töhfə oldu. Əvvəlki illərdə olduğu kimi, bu il də "DOST
İş Mərkəzi" MMC-də sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma,
ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri,
parklara, ictimai yerlərə qulluq və s. göstərməklə xeyli sayda rayon sakinləri
ictimai işlə təmin olundular. Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC
tərəfindən 732 nəfər işlə təmin edildi.
Facebook-da paylaş