• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha iki çoxmənzilli yaşayış binasında təmir işləri başa çatmaq üzrədir

Ş.Xiyabanı 25

Son dövrlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qazaxda bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. 2016-cı ildən bu yana yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı təmir olunur. Bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxını günün tələblərinə cavab verən səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Sevindirici haldır ki, əvvəlki illərdə olduğu kimi, bu il də binaların təmiri davam etdirilir. Hazırda şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən iki binada aparılan təmir işləri bu söylədiklərimizin bariz nümunəsidir.

Ş.Xiyabanı 27

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, hər iki binada son tamamlanma işləri görülür. Belə ki, binalarda bütün bloklarda astar-üzlük vurulub, blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb. Görülən işlərlə yerində tanış olan icra başçısı lazımi tapşırıq və tövsiyələrini verib. 

Ş.Xiyabanı 27

 

GOYEZEN.AZ



Facebook-da paylaş