İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun
olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən
olan baramaçılığın inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Baramaçılığın dirçəldilməsində ölkə başçısının 27 noyabr 2017-ci
il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət
Proqramı” da mühüm rol oynayır. Məhz Dövlət Proqramının uğurla icra olunması
sayəsində respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni
tut bağları salınır. Bu da ölkədə barama istehsalını ildən-ilə artırır. Dövlət başçısının baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələr artıq 5 ildir ki, Qazaxda da uğurla icra olunur.2016-cı ildən rayonun inkişaf edən sahələrindən olanbaramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün böyük
işlər görülür. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir və
uğurlu nəticələr əldə olunur. Bu il 6 ton yaş barama
istehsal etməyi nəzərdə tutan qazaxlı kümçülər hazırda ipəkqurduların bəslənməsini
davam etdirirlər. Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli,
Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı,
Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu
paylanılıb.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu
paylanılmış İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Hüseynbəyli, Kosalar, Alpout, Dəmirçilər, Cəfərli və Xanlıqlar kəndlərində olub. İpəkqurdunun
mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. "İpəkqurdunun bəslənilməsi
məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini
görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd edirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş