Qazaxda məcburi köçkünlərin qayğılarına hər zaman həssaslıqla yanaşılır
Hər kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə dövlət
başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mərkəzində hər zaman
vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar
vətəndaş amilinə söykənir. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, Qazaxda
da vətəndaş mövqeyi hər şeydən üstün tutulur. Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri
və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı göstərilir.
Onları narahat edən məsələlərə hər zaman həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi
köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri
tərəfindən də olduğu kimi yerinə yetirilir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovunfəaliyyətə başladığı ilk gündən işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskiparavə Aşağı Əskipara kənd
sakinlərinin məskunlaşdığı yeni
qəsəbədə olması, mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən
qaldırılan hər bir məsələnin dərhal həll olunması istiqamətində tapşırıq
verməsi bunu bir daha sübut edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətində Qazaxbəyli
kəndində yerləşən qəsəbədə yaşayan məcburi köçkün ailələrinin marşrut məsələsinin
müzakirə edilməsi və müsbət həll olunması onlara göstərilən qayğının bariz
nümunəsidir. Dövlət
Avtomobil Nəqliyyatı Xidməti Tovuz Regional Şöbəsinin aparıcı məsləhətçisi
Mübariz Alıyevin, Qazax Avtovağzal ASC-nin icraçı direktoru Eyvaz Quliyevin,
Qazax RİH başçısının Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı və Qazaxbəyli
kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Qazaxbəyli kəndində məcburi
köçkünlər üçün salınmış qəsəbənin Mənzil İstismar Sahəsinin rəisi Novruz
Hüseynovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
Qazax rayonu üzrə nümayəndəsi Elxan Paşayevin və məcburi köçkünlərin iştirakı
ilə qeyd olunan məsələ geniş şəkildə müzakirə olunub. Ölkəmizdə məcburi köçkün
ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu və bu gün də ölkə Prezidenti cənab İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini
bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan
qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla
yanaşdığını qeyd edib. Marşrut məsələsinin köklü şəkildə həll olunması üçün
bugünkü müzakirənin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıb. Geniş
şəkildə müzakirə olunduqdan sonra Qazaxbəyli kəndi üzrə hərəkət edən
marşrutlardan 5 ədədinin məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə, 2 ədədinin
isə kəndə getməsi qərara alınıb və bu qrafikin tənzimlənməsi ilə bağlı
aidiyyatı üzrə tapşırıq verilib. Qəsəbədə məskunlaşan Aşağı
Əskipara kənd sakinlərindən Front Həsənov, Hümbət Alıyev, Bağanıs Ayrım kənd
sakini Arif Musayev, Sofulu kənd sakini Rövşən Qurbanov onlara göstərilən
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi
köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Qəsəbənin marşrut
məsələsinin həll olunmasını göstərilən qayğının daha bir bariz nümunəsi kimi
qeyd ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş