ÖLÜM SEVİNMƏSİN QOY… » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



ÖLÜM SEVİNMƏSİN QOY…

Bu gün Milli Qəhrəman Firuddin Şamoyevin vəfatından 25 il ötür. Bu münasibətlə Qazax şəhərində onun xatirəsinə bulaq abidə kompleksinin açılışı olub



Ermənistanla 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda.

ÖLÜM SEVİNMƏSİN QOY…
Belə şəhidlərdən biri də qəhrəmanlıq zirvəsinə yüksələn Şamoyev Firuddin İsa oğludur. 1962-ci anadan olan Firuddin orta təhsilini başa vurandan sonra hərbi xidməti borcunu yerinə yetirib yenicə ailə həyatı qurmuşdu. Dağlıq Qarabağda elan olunmamış müharibə başlayan gündən yaşadığı Qazax rayonunda da ermənilər tez-tez atəş açır, dinc əhalini qətlə yetirirdilər. Düşmən artıq rayonun Barxudarlı, Sofulu kəndlərini işğal etmiş, günahsız insanlar öldürülmüşdü. Düşmənin torpaqlarımıza təcavüzü, ermənilər tərəfindən törədilən vəhşiliklər hər bir azərbaycanlı kimi onu da narahat edirdi.

ÖLÜM SEVİNMƏSİN QOY…
Bu səbəbdən də Firuddin 1991-ci ilin iyul ayının 8-də öz istəyi ilə könüllülərdən ibarət dəstəyə yazıldı. Dəstəyə qoşulan gənclərin silah-sursat cəhətdən təminatı heç də yaxşı deyildi. Bir neçə avtomat, ov tüfəngi və sair. Lakin buna baxmayaraq onların qəlbində Vətən sevgisi, müqəddəs torpaqlarımızı qorumaq istəyi çox güclü idi.

Ona görə də Firuddin kimi gənclər necə deyərlər ölümün gözünün içinə baxa-baxa hər gün döyüşür, torpaqlarımızı yağı düşməndən qorumağa çalışırdılar.

Könüllülərdən ibarət olan dəstədə Firuddin öz qorxmazlığı, hərbi tapşırıqları yerinə yetirməsi ilə yaşıdlarından fərqlənirdi. Onun cəsur və qorxmaz olduğunu görən rəhbərlik Firuddini "N" saylı hərbi hissəyə komandir təyin etdi. O, vətənpərvər gəncləri başına toplayaraq silaha sarılıb Vətənin müdafiəsinə qalxdı. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etdi.

ÖLÜM SEVİNMƏSİN QOY…
Firuddin döyüş zamanı öz güc və bacarığı ilə Vətənini canından da çox sevdiyini bir daha sübut etdi. Düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etdi. Vətən sevgisi ona hər şeydən üstün idi. Evdə 3 körpə fidanın gözləri yolda qalsa da o, seçdiyi yoldan geri çəkilmədi. Ən qaynar döyüş nöqtələrində hamıdan öndə getdi, ölməkdən bir an belə olsun qorxmadı.

13 aprel 1992-ci il. Həmin gün Firuddin sonuncu dəfə döyüşə atıldı. Quşçu Ayrım kəndi ətrafında gedən qanlı vuruşda qəhrəmancasına həlak oldu. Həmin gündən düz 25 il keçir.

Vətən öz şəhid övladının adını uca tutdu. Göstərdiyi şücaətə görə onun adı qəhrəmanlar sırasına yazıldı. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

ÖLÜM SEVİNMƏSİN QOY…
F.Şamoyev Qazax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Qazaxdakı şəhər 4 saylı tam orta məktəb qəhrəmanımızın adını daşıyır.

Şəhərin girəcəyində onun xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi var idi. Lakin bu bulaq baxımsızlıq ucbatından pis hala düşmüşdü.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılmış, yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir.

ÖLÜM SEVİNMƏSİN QOY…
Rayon rəhbərliyinin tapşırığına əsasən Firuddin Şamoyevin də Qazax şəhərinin girişində yerləşən abidə bulaq-kompleksi yenidən əsaslı şəkildə təmir edilib, Milli Qəhrəmanın adına layiq səviyyəyə gətirilib.

Bu gün Firuddin Şamoyevin ildönümü günündə Milli Qəhrəmanın xatirəsinə tikilmiş bulağın açılışı olub. Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, doğmaları, ziyalılar, ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mərasimdə çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 292 şəhid veribdir. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Bundan əvvəl də şəhidlərə hörmət əlaməti olaraq onların xatirəsinə bulaq abidə kompleksləri inşa edilib. Ümumiyyətlə, bu gün Qazax şəhərində şəhidlərin xatirəsinə 7 bulaq abidə kompleksi tikilib.

Sonra rayon ağsaqqalı Xanqulu Süleymanov, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, qəhrəmanın adını daşıyan şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan danışıblar.

ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
Milli Qəhrəmanın həyat yoldaşı Həmayıl Şamoyeva çıxış edərək ailə üzvləri adından onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

ÖLÜM SEVİNMƏSİN QOY…
Tədbirdə məktəblilər, F.Şamoyevin nəvələri babalarına həsr olunmuş şeirlər söyləyiblər.

ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
ÖLÜM SEVİNMƏSİN QOY…
Elçin İSMAYIL


Facebook-da paylaş