Qazaxda abadlaşmayan küçə qalmayacaq...
Respublika mətbuatı Qazax
haqqında Ölkə Prezidentinin
birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi tamamilə
yenidən qurulur. Şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə
yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işlərinə və yeni
asfalt örtüyün vurulmasına da başlanılıb. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt
örtüyünün salınması göstərir ki, şəhərin bütün küçələri tezliklə öz görkəmini
dəyişəcək. Görülən tədbirlərə rayon icra hakimiyyəti müntəzəm nəzarət edir, işin
gedişi ilə maraqlanır, qarşıya çıxa biləcək problemlərin operativ həlli üçün
çalışır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səməd Vurğun küçəsində
görülən işlərlə maraqlanarkən ona məlumat verilib ki, səkilərə, yola asfalt örtüyün döşənməsi və
digər abadlıq işləri ilə yanaşı burada elektrik, rabitə və qaz xətləri də
səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir, yeni yaşıllıqlar salınır. Öz növbəsində rayon rəhbəri burada görülən hər bir işin keyfiyyətinə üstünlük
verilməsinin vacib olduğunu bildirib, öz tövsiyələrini verib. Qeyd edək ki, işin gedişi ilə yerində tanış olmazdan qabaq Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov müvafiq qurumların, o cümlədən "Azərsu” ASC-nin, "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin, podratçı təşkilatların
rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə indiyədək görülən işlər
ətraflı təhlil olunmuş, qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir. Hamlet QASIMOV, 22 may
2020-ci il
"Xalq qəzeti"nin bölgə müxbiri
Facebook-da paylaş