İcra başçısı yeni asfalt örtüyü vurulan Səməd Vurğun küçəsində görülən işlərlə tanış olub
Bu gün cənab Prezident
İlham Əliyevin qayğısı, dəstəyi sayəsində Qazax rayonu gündən-günə inkişaf
edir, respublikamızın müasir və abad rayonlarından birinə çevrilir. Son illər
rayonda regionların
sosial-iqtisadi inkişafına dair qəbul olunmuş
çoxsaylı Dövlət
Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və
quruculuq işləri də bu dediklərimizin bariz nümunəsidir. Kəndlərdə
çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
məqsədilə təmir edilən çoxmənzilli yaşayış binaları, tikilən və ya əsaslı
şəkildə yenidən qurulan çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları
son illər Qazaxda geniş vüsət alan quruculuq işləridir. Hazırda isə ölkə
Prezidentinin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur.
Sevindirici haldır ki, şəhərdə paralel olaraq aparılan su və kanalizasiya
xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə
və yeni asfalt örtüyün vurulmasına da start verilib. Molla Pənah Vaqif və Səməd
Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt
örtüyün döşənməsi bu dediklərimizin əyani
sübutudur. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyün döşənməsi davam edən S.Vurğun küçəsində
olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsində
istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və digər abadlıq
işləri sürətlə davam edir. Bundan əlavə, elektrik, rabitə və qaz xətləri
səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir. Görülən işlərlə tanış olan icra başçısı hər
bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə
tapşırıq və tövsiyələrini verib. Bir sözlə, həyata
keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində
Qazaxda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək. GOYEZEN.AZ
Facebook-da paylaş