Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri bu il də davam etdirilir
Son illər Respublika Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında Qazaxda aparılan genişmiqyaslı abadlıq və quruculuq
işlərinin arasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da öz
əksini tapır. Hər il yaşayış binalarının dam örtüyü yenilənir, blok və
fasadında əsaslı təmir işləri aparılır. 2016-cı ildən bu yana həyata keçirilən
işlərin nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış
binasından 120-ə yaxını günün tələblərinə cavab verən səviyyədə təmir olunaraq
sakinlərin istifadəsinə verilib. Sevindirici hal isə odur ki, əvvəlki illərdə
olduğu kimi, bu il də binaların təmiri davam etdirilir. Hazırda şəhərin Bakı və
Şəhidlər Xiyabanı küçələrində, eləcə də Nəriman Nərimanov qəsəbəsində yerləşən
binalarda aparılan təmir işləri bu söylədiklərimizin əyani sübutudur.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin N.Nərimanov
qəsəbəsində yerləşən hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3
saylı binalarda olub, görülən işlərlə maraqlanıb. Görülən işlərlə yerində tanış
olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək lazımi
tapşırıq və tövsiyələrini verib. Məlumat üçün qeyd edək ki, N.Nərimanov qəsəbəsində "Abad məhəllə” layihəsinin icrası
çərçivəsində quruculuq işləri də aparılıb. Belə ki, qəsəbədə binaların
həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınıb. Bundan əlavə,
bardürlər düzülərək səkilər yaradılıb. Binaları əhatə edən əraziyə asfalt döşənib.
Dekorativ gül kolları əkilərək park salınıb. Bir sözlə, layihə çərçivəsində qeyd
etdiyimiz ərazi yeni görkəm alaraq bütün gözəllikləri özündə əks etdirən "Abad
məhəllə” adı altında rayonumuzun ünvanına yazılıb. Qəsəbədə yaşayan sakinlər istər "Abad məhəllə”
layihəsinin icrasını, istərsə də yaşadıqları binalarda aparılan təmir işlərini razılıq
hissi ilə qarşılayırlar. Həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə
ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını
çatdırırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş