İcra başçısı təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanış olub
Son
illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet
istiqamətlərindəndir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən
də aydın şəkildə görmək olar. Aqrar sektorda olan inkişafın təməli isə hələ
2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz 2004-2008, 2009-2013,
2014-2018 və 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramlarının
reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur
yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli
artmışdır. Son illər ölkə Prezidenti İlham Əliyev və dövlətimiz
tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər
öz əkin sahələrini genişləndirməyə çalışır, aqrar sektorda böyük çəkiyə malik
olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə can atırlar. Respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatında
neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə
təminatda böyük pay sahibi sayılan kənd
təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü
tədbirlər həyata keçirilir. Son illər Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və
qayğının, sahibkarlara, kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki,
Qazaxda əkin sahəsi ildən-ilə genişləndirilir. İstər dövlət başçısının, istərsə
də rayon rəhbərliyinin qayğısını hər an hiss edən sahibkarlar, kənd adamları,
təsərrüfat sahibləri əkin sahələrini genişləndirməkdə bir an belə tərəddüd
etmirlər. Dövlət başçısının respublikamızda taxılçılığın inkişaf etdirilməsi
istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur.
Hazırda rayonun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün 6916,0 hektarı buğda, 4479,0 hektarı arpa olmaqla 11395
hektar sahədə taxıl əkilib. Kənd təsərrüfatının
digər sahələri kimi, kartofçuluq da Qazaxda
ənənəvi sahələrdən hesab olunur. Statistik rəqəmlərin təhlili göstərir ki, son
illərdə rayonda kənd təsərrüfatının ən çox inkişaf etmiş sahələrindən biri də məhz
kartofçuluqdur. Belə ki, rayonda kənd təsərrüfatının başqa sahələrində olduğu
kimi, kartofçuluqda da nümunəvi işlər görülür. 2020-ci ildə isə 993,7
hektar sahədə kartof əkilib. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təsərrüfat
sahələrində olub, istər kartofun, istərsə də taxılın mövcud vəziyyəti ilə
maraqlanıb. Rayon rəhbəri yaz-tarla işlərinin indiki qızğın çağında əkin sahələrinin
vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması, xüsusilə də su itkisinin
qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Sahələrin
vaxtında suvarılmasına və su itkisinə yol verilməməsinə, xüsusən də gündüz və
gecə növbəsinin yüksək səviyyədə təşkil edilməsinə ciddi
nəzarət olunmasını qeyd edib. Bununla
bağlı tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş