Ölkə Prezidentinin korrupsiyaya qarşı prinsipal mövqeyi Qazaxda da yüksək qiymətləndirilir
Hər kəsə yaxşı məlumdur ki,
Azərbaycan müstəqil dövlət kimi cənab Prezident İlham Əliyevin uzaqgörən,
düşünülmüş və qətiyyətli siyasəti sayəsində özünün intibah dövrünü yaşayır.
Azərbaycanda qazanılan bütün nailiyyətlərin kökündə ölkə Prezidentinin müdrik
siyasəti, gərgin əməyi, ən əsası da müasir Azərbaycanın qurucusu və memarı ulu
öndər Heydər Əliyevin ideyalarına sadiqliyi dayanır. Azərbaycanda Respublika Prezidenti tərəfindən
2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə
edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru
daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan
tədbirlərin əsasını korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur
münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Məhz bu
sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş
məmnunluğunun artırılmasına yönəlmişdir. Lakin buna baxmayaraq geniş əhali
qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ
də təkrarlanması faktları da müşahidə olunmaqdadır. Cənab Prezident tərəfindən
verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya
hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam
edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış
korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs
olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin
keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli
Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət
kimi qiymətləndirilir. Dövlət başçısı mayın 1-də Azərbaycan Respublikasının Baş
prokuroru Kamran Əliyevi vəzifəyə təyin
olunması ilə əlaqədar videoformatda qəbul
edərkən də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı
prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin
təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını
sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da
əhatə edəcəyini açıq bildirmişdir. Ölkə
Prezidentinin rəhbərliyi altında respublikamızda rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirləri Qazaxda da yüksək
qiymətləndirilir. Ölkə başçısının bu sahədə verdiyi tapşırıqları icra başçısı əldə
rəhbər tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görür. Rayonda
bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan
qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir
dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin
əsasını təşkil edir. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bütün işlər Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq
Sərəncamı ilə xüsusi karantin rejimi zamanı hərəkətinə icazə verilən şəxslərə
təqdim olunmuş arayışların və aztəminatlı ailələrə verilən ərzaq sovqatı
paylarının paylanılması vəziyyətinin yoxlanılmasına dair komissiya yaradılmışdır.
Komissiya üzvlərinin apardığı yoxlamalar zamanı bir neçə Rayon İcra Hakimiyyəti
başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində kiçik nöqsanlar aşkar
edilmişdir. Aşkar olunmuş nöqsanlara görə həmin nümayəndələrə xəbərdarlıq
olunmuşdur. Həmçinin, 4
may 2020-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun, icra aparatının məsul şəxslərinin, RİH başçısının şəhər
və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə
videokonfrans keçirilmiş və yol verilmiş nöqsanlar müzakirə olunmuşdur. Aidiyyatı
şəxslərə bir daha ciddi tapşırıqlar verilmişdir. Xüsusilə də mayın 1-də Prezident İlham
Əliyevin yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman dövlət
məmurlarına verdiyi tapşırıqlarla bağlı müzakirələr aparılmış, hər kəsin bu
tapşırıqları əldə rəhbər tutaraq Vətənə, dövlətə, millətə layiqli xidmət edərək
əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmələri bildirilmişdir. Rayonda həssas
qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət
yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında
çatdırılmasına diqqətin artırılması tapşırılmışdır. Onu da qeyd edək ki, 8 may tarixində Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə
Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Son günlər ölkədə baş verən bu cür xoşagəlməz hallar rayon
ictimaiyyəti, ziyalılar tərəfindən də birmənalı qarşılanmamışdır. Ölkəmizin
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində
mübarizə apardığı bir vaxtda bu cür halların baş verməsini ziyalı ordusu olaraq
pisləmiş, müəllimlər keçirdikləri videotoplantılarda dəfələrlə dövlətə, ölkə
başçısına edilən xəyanət kimi səsləndirmişlər. Xüsusilə də aztəminatlı ailələrə
olunan yardmlara əl uzadılmasını, mənimsənilməsini ölkənin adına, dövlət
başçısının məqsədyönlü siyasətinə qarşı atılan zidd addım kimi göstərmişlər. GOYEZEN.AZ
Facebook-da paylaş