• Təqvim

  • Unutma

  • Maraq



Dövlət Sərhəd Xidməti Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında sərhəd kəndlərində yaşayan ailələrə sovqat paylayıb


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyası da məhz bu məqsədi daşıyır. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.

Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti növbəti dəfə qoşulub. Sosial aksiya çərçivəsində Qazaxın sərhəd kəndləri olan Fərəhli, Quşçu AyrımMəzəm kəndlərində yaşayan ailələrə un və ərzaq məhsullarından ibarət sovqatla dəstək olub.

Qazax Rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları "Gənc Könüllülər”in iştirakı ilə Fərəhli kəndində yaşayan 141 ailəyə un, Quşçu Ayrım kəndində 149, Məzəm kəndində yaşayan 38 ailəyə isə gündəlik tələbatları üçün lazım olan müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Dövlətin dəstəyini hər an hiss edən sakinlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdə onlara verilən sosial dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə, Qazax Rayon İcra Hakimiyyəti təşəkkürlərini çatdırıblar.  Qeyd ediblər ki, bu gün biz bir daha əmin olduq ki, həm sərhədlərimiz əmin əllərdədir, həm də sərhədçilərimiz belə çətin gündə bizə dəstək olur. Bu, dövlətin və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin biz sakinlərə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.

Quşçu Ayrım kəndi









Məzəm kəndi








Fərəhli kəndi






GOYEZEN.AZ



Facebook-da paylaş