Qazaxdan ölkə Prezidentinə ünvanlanan növbəti minnətdarlıq məktubu
Hörmətli
cənab Prezident. Ölkəmizə rəhbərlik etdiyiniz
müddətdə Sizin xalqımızın rifahı, dövlətimizin hərtərəfli inkişafı üçün həyata
keçirdiyiniz yorulmaz fəaliyyətin, gördüyünüz nəhəng işlərin dəfələrlə şahidi
olmuşuq. Siz bu illər ərzində fəaliyyətinizlə Azərbaycan xalqının hər bir
nümayəndəsinin qayğısına qaldığınızı, xalqın və dövlətin mənafeyini hər şeydən
yüksək tutduğunuzu sübut etmiş, tariximizə ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı, alternativsiz Lider və parlaq şəxsiyyət kimi daxil
olmusunuz. Dünyam cənginə almış, insanların
həyat və sağlamlığını təhdid edən COVID-19 pandemiyasının ölkəmizdə
yayılmasının qarşısının alınması üçün həyata keçirdiyiniz müdrik tədbirlər
xalqımızın bu bəladan minimum itkilərlə xilas olmasını təmin etməkdədir.
Pandemiya dövründə əhalinin sosial baxımdan həssas təbəqəsinə maddi yardımların
edilməsi, fəaliyyəti müvəqqəti olaraq dayanmış müəssisələrin əməkdaşlarının
əməkhaqlarının ödənilməsi və ölkə iqtisadiyyatına dəymiş zərərin aradan
qaldırılması istiqamətində həyata keçirdiyiniz mühüm tədbirlər Sizin xalqımıza
göstərdiyiniz qayğının bariz təzahürüdür. Dünya üçün taleyüklü məsələnin həll
olunduğu belə mühüm bir dövrdə xalqımızı vahid bir yumruq kimi birləşdirdiyinizə,
xalqımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyiniz mühüm
tədbirlərə, hər bir Azərbaycan vətəndaşına ata qayğısı ilə yanaşdığınıza görə
Sizə Qazax rayonunun Çaylı kənd məscidi icmasının üzvləri adından və şəxsən öz
adımdan dərin təşəkkürümü bildirirəm. Dərin hörmətlə, Sahilə Orucova, Çaylı kənd məscidi
icmasının sədri. Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi. 8 may
2020-ci il
Facebook-da paylaş