İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə tanış olub
Son illər ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində məqsədyönlü işlər görülür. Yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadında
əsaslı təmir işləri aparılır. 2016-cı ildən bu yana həyata keçirilən işlərin
nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından
120-ə yaxını günün tələblərinə cavab verən səviyyədə təmir olunaraq sakinlərin
istifadəsinə verilib. Sevindirici hal isə odur ki, əvvəlki illərdə olduğu kimi,
bu il də binaların təmiri davam etdirilir. Hazırda şəhərin Bakı və Şəhidlər
Xiyabanı küçələrində aparılan təmir işləri də bu söylədiklərimizin bariz
nümunəsidir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Bakı küçəsi 2A ünvanında yerləşən və dam
örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada olub. Sakinlərlə
səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb. Dam örtüyü dəyişdirilən binanın sakinləri
vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını yüksək
qiymətləndirərək ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Gün ərzində icra başçısı ötən il təmirinə başlanılan şəhərin
mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin
yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda
da olub. Rayon rəhbərinə məlumat
verilib ki, Ş.Xiyabanı 25 saylı binada bütün bloklarda astar-üzlük vurulub,
blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan
köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Ş.Xiyabanı 27 saylı
binanın xarici fasadında bir hissədə rənglənmə işləri aparılıb və tam hazırdır.
Digər hissədə isə lazım olan yerlərdə görülən suvaq işləri, eləcə də bloklarda
astar-üzlük vurulması işləri yekunlaşıb. Bu binada da bloklara qoyulan yeni
dəmir qapılar rənglənib. Köhnə pəncərələrin əksəriyyəti dəyişdirilərək yeni
plastik pəncərələr qoyulub. Bundan əlavə, binalarla yanaşı həyətdə olan
qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri
aparılıb. Bildirilib ki, hazırda Ş.Xiyabanı 27 saylı binada fasad və blokda, 25
saylı binada isə blokda rənglənmə işlərinə başlanılıb. Görülən işlərlə
yerində tanış olan icra başçısı lazımi tapşırıq və tövsiyələrini verib. Ş.Xiyabanı küçəsi 25 saylı bina Ş.Xiyabanı küçəsi 27 saylı bina Bakı küçəsi 2A GOYEZEN.AZ
Facebook-da paylaş