İcra başçısı kəndlərdə ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə tanış olub
"Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti
İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli
Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük
əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya
qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər
həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Belə ki, ipəkçiliyin inkişafına
dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda da ənənəvi sahələrdən olan
baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil
ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı
da xeyli artıb. Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 6 tonyaş baramanın istehsalı nəzərdə tutulub. Alpout, Aşağı
Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər,
Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı
Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu
paylanılıb. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu
paylanılmış Hüseynbəyli, Kosalar, Orta Salahlı, Aşağı Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı kəndlərində olub,
ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu
toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb,
otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir. Kəndlərdə barama yetişdirən kümçülər bildiriblər ki, respublikada
ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon
baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun
bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraqdaha çox məhsul
istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. Mövcud vəziyyətlə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. Hüseynbəyli kəndi Kosalar kəndi Orta Salahlı kəndi Aşağı Salahlı kəndi Yuxarı Salahlı kəndi Birinci Şıxlı kəndi GOYEZEN.AZ
Facebook-da paylaş