İcra başçısı Səməd Vurğun küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb
Hər kəsə yaxşı
məlumdur ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında nəinki
paytaxt Bakı, eləcə də respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində özünün
intibah dövrünü yaşayan rayonlarımızdan biri də Qərbin qapısı sayılan Qazax
rayonudur. Ölkə başçısının və rayon rəhbərliyinin diqqəti, qayğısı sayəsində son
illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarının təmir olunması,
çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı
şəkildə yenidən qurulması Qazaxda aparılan genişmiqyaslı abadlıq və quruculuq
işlərinin bariz nümunəsidir. Ölkə rəhbərinin
qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda
şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması isə rayonun daha
da abadlaşması, yeni görkəm alması deməkdir. Bunu şəhərdə paralel olaraq
aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi əyani şəkildə sübut edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsində görülən işlərin
mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi
döngə 6 ünvanında artıq səkilərdəki köhnə bardürlər sökülərək yenilənib, asfalt
örtüyü döşənib. Küçənin asfaltlanması və digər abadlıq işləri də sürətlə davam
etdirilir. Görülən işlərlə yerində tanış
olan icra başçısı M.P.Vaqif
küçəsində olduğu kimi, burada da işlərin keyfiyyətinə üstünlük verilməsini
bildirib. Xüsusilə də çəkiliş yekunlaşan bütün küçələrdə
avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması,
səliqə-sahman yaradılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş