Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında növbəti sosial aksiya həyata keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan
olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi
istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısının "Biz
birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyası da məhz bu
məqsədi daşıyır. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start
verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə
mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir. Qazax
Rayon İcra Hakimiyyəti və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Qazaxda
növbəti sosial aksiya həyata keçirilib. Belə ki, Rayon İcra Hakimiyyəti tərəfindən şəhər
və kəndlər daxil olmaqla müxtəlif yaşayış məntəqələrində yaşayan 117 aztəminatlı ailəyə ərzaq sovqatı
verilib. AHİK tərəfindən isə 50 ailə daxil olmaqla, ümumilikdə, rayonda daha 167 aztəminatlı ailəyə qayğı göstərilib. "Gənc Könüllülər”in iştirakı
ilə şəhərin
müxtəlif ünvanlarında, eləcə də kəndlərdə yaşayan qayğıya ehtiyacı olan həmin ailələr
ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları paylanılıb. Dövlətin dəstəyini hər an hiss edən sakinlər
karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər. Koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdəonlara verilən sosial
dəstəyə görə təşkilatçılara təşəkkürlərini
çatdırıblar. Qeyd edək ki Qazax Rayon İcra Hakimiyyəti və "Qazax”
Xeyriyyə İctimai Birliyinin təşəbbüsü əsasında reallaşan aksiya çərçivəsində bu günə
kimi, 7 minə yaxın qayğıya
ehtiyacı olan insana və aztəminatlı ailəyə dəstək olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş