İcra başçısı şəhərin Səməd Vurğun küçəsində aparılan abadlıq işləri ilə tanış olub
Son illər ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində
olduğu kimi, Qərbin qapısı sayılan Qazaxda da əsl inkişaf, tərəqqi
yaşanmaqdadır. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda ölkə başçısının və
rayon rəhbərliyinin qayğısı sayəsində bütün sahələr özünün intibah dövrünü
yaşayır. Bunu rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı,
eləcə də digər sahələrdə qazanılan uğur və nailiyyətlərdən də görmək mümkündür.
Son illər Qazaxda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarının təmir olunması,
çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı
şəkildə yenidən qurulması rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq
işlərindən xəbər verir. Hər kəsə yaxşı
məlumdur ki, artıq 1 ildir ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda şəhərin
içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi icra
olunmaqdadır. Sevindirici hal isə odur ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən küçələrdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin
çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrin asfaltlanmasına da start
verilib. Bu, qısa bir vaxtda şəhərin bütün küçələrinin müasir yollarla təmin
olunması deməkdir. Artıq su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan Molla Pənah
Vaqif və Səməd Vurğun küçələrində yeni asfalt örtüyün döşənməsi bu söylədiklərimizin bariz
nümunəsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsində görülən işlərlə
tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, su-kanalizasiya
sisteminin çəkilişi tam başa çatan küçələrdən biri məhz S.Vurğun küçəsi döngə 6
ünvanıdır ki, burada abadlıq işləri aparılır. Artıq həmin küçədə səkilərdəki
köhnə bardürlər sökülərək yenilənib. Hazırda isə asfalt örtüyün çəkilməsi işi
aparılır. Görülən işlərlə yerində tanış
olan icra başçısı M.P.Vaqif
küçəsində olduğu kimi, burada da işlərin keyfiyyətinə üstünlük verilməsini
bildirib. Xüsusilə də çəkiliş yekunlaşan bütün küçələrdə
avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması,
səliqə-sahman yaradılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş