Qazax Rayon İcra Hakimiyyəti və “PAŞA Holding” MMC birgə sosial aksiya həyata keçiriblər
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan
olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam
etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün
imkanlardan istifadə olunur. Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın
əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı
tədbirlər artıq öz nəticələrini verir. Ölkə Prezidentinin əhalinin rifah
halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. Karantin rejimi müddətində bir sıra
müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırmasını nəzərə alaraq "PAŞA Holding" MMC Heydər Əliyev Fondunun #Biz
Birlikdə Güclüyük! layihəsinə qoşulub. Qazax Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə Qazax şəhərində sosial aksiya həyata keçirib. "Gənc Könüllülər”in iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan sosial
müdafiəyə ehtiyacı olan 300 ailə
ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları
verilib. Şəhər sakinləri dövlətimizin diqqət və
qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən
sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, Heydər
Əliyev Fonduna və "PAŞA Holding” MMC-yə təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş