Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyətləri bərpa olunan xidmət sahələri üzrə olan obyektlər dezinfeksiya olunub
2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19)
xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda
əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər
sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən
mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq
olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə
bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma
dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar
arasında virusa yoluxma halları təhlil edilmiş və 27
aprel 2020-ci il tarixindən məhdudiyyətlərin
bir qisminin yumşaldılmasına qərar verilmişdir. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da koronavirus infeksiyasına yoluxma hallarının
qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində
mütəmadi olaraq dezinfeksiya işləri
aparılır. Respublikamızda elan edilən xüsusi karantin rejimi
dövrü bitənədək ölkəmizin
şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus
infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər
rayonda olduğu kimi həyata
keçirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış
binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət obyektləri
dezinfeksiya olunur. Bu gün növbəti dezinfeksiya işləri isə ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən fəaliyyəti bərpa
olunan xidmət sahələri üzrə olan obyektlərdə aparılıb. Belə ki, Nazirlər
Kabinetinin Qərarında əksini tapan qəzet satışı, kitab
satışı, dəftərxana mallarının satışı, çap və sürətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar,
dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayyaqqabı və dəri
məmulatlarının satışı, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika
və məişət texnikasının satışı, mebel satışı, gül və bitki məhsullarının satışı
ilə məşğul olan xidmət sahələrinə məxsus obyektlər dezinfeksiya olunub. Şəhərin Heydər Əliyev prospektində, eləcə də Azadlıq, H.Z.Tağıyev,
Ş.Xiyabanı, Bakı küçələrində Gigiyena
və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya olunan bütün ərazilər koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl
aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı
vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata
uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən
istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış
binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində
əsasən Xloromin
B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr
tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B,
200 qram Bromosepto-DEZ (10
litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur. H.Əliyev prospektində yerləşən elektronika və məişət
texnikasının satışı mağazaları H.Z.Tağıyev küçəsində yerləşən geyim, ayyaqqabı və
dəri məmulatlarının satışı mağazaları Bakı küçəsində yerləşən geyim, ayyaqqabı və dəri məmulatlarının satışı mağazası H.Əliyev prospektində yerləşən kosmetika və ətriyyat
satışı mağazası Azadlıq küçəsində yerləşən kosmetika və ətriyyat satışı mağazası H.Əliyev prospektində yerləşən kitab və dəftərxana
mallarının satışı mağazası H.Z.Tağıyev küçəsində yerləşən kitab və dəftərxana mallarının satışı mağazası H.Əliyev prospektində yerləşən fotoatelye/fotostudiya Ş.Xiyabanı küçəsində yerləşən fotoatelye/fotostudiya H.Əliyev prospektində yerləşən gül və bitki məhsullarının
satışı mağazası H.Z.Tağıyev küçəsində yerləşən gözəllik salonları Ş.Xiyabanı küçəsində yerləşən gözəllik salonları Azadlıq küçəsində yerləşən dərzi xidməti H.Əliyev prospektində yerləşən optika H.Əliyev prospektində yerləşən bankomat və köşk GOYEZEN.AZ
Facebook-da paylaş