İcra başçısı şəhərdə yeni asfalt örtüyü döşənəcək Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində görülən işlərlə tanış olub
Hər kəsə yaxşı
məlumdur ki, son illər Qazax rayonu ölkə başçısı cənab İlham Əliyevin və rayon
rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edir, özünün tərəqqi
dövrünü yaşayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, Qazaxda elə bir sahə
tapılmaz ki, həmin sahələrdə yeniliyin şahidi olmayaq. Elm, təhsil, səhiyyə,
idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər bir
daha sübut edir ki, Qazax hər bir sahədə uğur əldə edə bilər. Son illər Qazaxda
daha geniş vüsət alan işlərdən biri isə rayonda aparılan abadlıq və quruculuq
işləridir. Məhz bu gün bu işlər nəticəsində Qazax böyük bir tikinti
meydançasını xatırladır. Rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış
binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq
bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması aparılan quruculuğun
bariz nümunəsidir. Artıq 1 ildir
ki, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda daha böyük bir
layihə - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi
uğurla icra olunmaqdadır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən küçələrdə
paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi rayonun
simasının dəyişməsində də mühüm rol oynayacaq. Belə ki, çəkilişlər başa çatan
küçələrə yeni asfalt örtüyü döşənəcək ki, bu da şəhərin bütün küçələrinin müasir
yollarla təmin olunması deməkdir. Necə ki, artıq su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Molla Pənah Vaqif və Səməd
Vurğun küçələrində yeni asfalt örtüyün döşənməsinə start
verilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənəcək
həmin küçələrdə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, artıq M.P.Vaqif
küçəsində su-kanalizasiya sisteminin çəkilişi tam başa çatıb ki, burada asfalt
örtüyün çəkilməsi işi aparılır. S.Vurğun küçəsi döngə 6 ünvanında da aparılan abadlıq
işləri yekunlaşıb. Belə ki, həmin ərazidə səkilərdəki köhnə bardürlər sökülərək
yenilənib. Tez bir zamanda da yeni asfalt örtüyü vurulacaq. İcra başçısı istər su, istərsə
də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha
vurğulayıb. Eyni zamanda çəkiliş
yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə
gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması, xüsusilə də yeni asfalt
örtüyün vurulması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib. Molla Pənah Vaqif küçəsi Səməd Vurğun küçəsi
Facebook-da paylaş