• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş yazır: "Biz Sizin gücünüzdən güc alırıq, Azərbaycan dövləti Sizin sayənizdə güclüdür"


Hörmətli cənab Prezident.

Valideyn öz övladını qol açıb qucaqladığı kimi, Siz də koronavirus pandemiyasının dünyanı cənginə aldığı çətin günlərdə Azərbaycan xalqını öz diqqətinizlə, qayğınızla əhatə etdiniz. Sizə minnətdaram.

Siz əbəs yerə deməmisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm, hər bir azərbaycanlının yanındayam. İnsanın sağlamlığı hər şeydən üstündür. Biz Sizin gücünüzdən güc alırıq. Azərbaycan dövləti Sizin sayənizdə güclüdür.

Cənab Prezident, Siz yaşı 65-dən yuxarı olan məhbusları azad etdiniz, onları bağışladınız, neçə-neçə ailəni sevindirdiniz. Ulu Tanrı bağışlamağı və bağışlayanı sevir.

Biz inanırıq ki, Sizin rəhbərliyiniz və göstərişləriniz sayəsində Azərbaycan xalqı bu çətin vəziyyətdən də uğurla çıxacaqdır. Sizin sayənizdə biz tezliklə Kəlbəcərə də qovuşacağıq. Biz birlikdə güclüyük. Hazırda müəllim işlədiyim Qazax rayonu, E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbin müəllim kollektivi adından Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Cəlilov Mətləb Cavanşir oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi. 

25 aprel 2020-ci il



Facebook-da paylaş