• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş ölkə başçısına minnətdarlıq edib


Möhtərəm cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində görülən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.

Yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş planlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər.

Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Yusifov Yusif Əhməd oğlu, təqaüdçü.

Azərbaycan Respublikası, Qazax rayonu. 

17 aprel 2020-ci il



Facebook-da paylaş