• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mədəniyyət müəssisələri dezinfeksiya olunub


Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən növbəti dezinfeksiya işləri bu gün rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində aparılıb. Dezinfeksiya işləri xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyi, Rayon Mədəniyyət Mərkəzi,Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası, MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, Qazax Dövlət Dram Teatrı, Qazax Dövlət Rəsm Qalereyası, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi dezinfeksiya olunub.

Mədəniyyət müəssisələri Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Onu da qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi





Qazax Dövlət Rəsm Qalereyası





 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası

 

Rayon Mədəniyyət Mərkəzi





Qazax Dövlət Dram Teatrı




2 nömrəli Uşaq Musiqi Məktəbi





GOYEZEN.AZ



Facebook-da paylaş