Qazaxlı gənc ölkə başçısına minnətdarlıq edib
Hörmətli cənab
Prezident. Azərbaycanın
gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması
istiqamətində gördüyünüz işlər olduqca böyükdür və xalqımız tərəfindən
minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə də ölkə vətəndaşlarının maddi rifah
halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr,
atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyə
sahəsidir ki, biz qazaxlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz
işlərin real şahidi olduq. Martın 3-də Sizin iştirakınızla Qazax Rayon Mərkəzi
Xəstəxanası üçün 145 çarpayılıq 10 korpusdan ibarət yeni xəstəxana binasının
istifadəyə verilməsi bölgələrimizdə səhiyyə sahəsinə olan qayğınızın bariz
nümunəsidir. Bu gün düşmənlə 168 kilometr sərhəddi
olan Qazaxda belə yüksək səviyyəli xəstəxananın inşa olunması dövlətimiz
tərəfindən səhiyyə işçilərinə göstərilən qayğı ilə yanaşı, həm də biz sakinlərə
olan diqqət deməkdir. Paytaxtdan 500 kilometr məsafədə yerləşən Qazaxda müasir
standartlara cavab verən xəstəxananın olması bir daha göstərir ki, dövlətimiz
nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının
qorunması istiqamətində mühüm addımlar atır. Əziz Prezidentimiz,
ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir
gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi
uğrunda Sizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Hörmətlə, Əmirov Akif İlham oğlu Azərbaycan Respublikası, Qazax rayonu. 7 aprel 2020-ci il
Facebook-da paylaş