Qazax Sement Zavodu daha bir neçə ailəni sevindirib
Bala Cəfərli kəndi Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa
rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən
ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının
alınması istiqamətində həyata keçirilən tədbirlər respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər
çərçivəsində başladığı sosial layihə Qazaxda da minnətdarlıq hissi ilə
qarşılanır. Ötən yazımızda "Qazax Sement
Zavodu” MMC rəhbərliyinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması məqsədilə "Evdə qal, sağlam ol!” çağırışını əldə rəhbər tutaraq Qazax
rayonunda yaşayan yaşı 65-dən yuxarı olan tənha insanlara dəstək olmaları, 129
nəfərə müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırmaları barədə məlumat
vermişdik. Fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri ənənəyə
çevirən zavod rəhbərliyi bu gün yardıma ehtiyacı olan daha bir neçə ailəni
sevindirib. Bu sosial layihə çərçivəsində şəhər sakinləri ilə yanaşı, Bala Cəfərli, Quşçu Ayrım və Qarapapaq kəndlərindən olan ailələrə
sovqat paylanılıb. Qazax
Rayon İcra Hakimiyyətinin nümayəndələri, DSMF-nin
Qazax rayon şöbəsinin və "Qazax Sement Zavodu”
MMC-nin əməkdaşları şəhərdə və kəndlərdə yaşayan, yardıma ehtiyacı olan vətəndaşlara
müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar. "Evdə qal, sağlam
ol!” çağırışına əməl etməklə öz sağlamlıqlarını, eləcə də digər vətəndaşların
sağlamlıqlarını qoruya biləcəklərini bir daha bildiriblər. Özündə
həmrəyliyi, birliyi, dövlət qayğısını əks etdirən bu təşəbbüs ziyarət olunan
vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilib. Koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə
ölkə başçısına razılıqlarını ifadə ediblər. Onların sağlamlıqlarını düşünərək
bu cür təşəbbüsü həyata keçirməklə dövlətin və vətəndaşların yanında olan
"Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlıq ediblər. Bala Cəfərli kəndi
Qarapapaq kəndi Quşçu Ayrım kənd sakini GOYEZEN.AZ
Facebook-da paylaş