• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məcburi köçkünlərin yaşadığı yeni qəsəbə növbəti dəfə dezinfeksiya olunub


Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş tələblərə riayət edilməklə aparılan təmizlik və dezinfeksiya işləri Qazaxda da davam etdirilir.

Bu gün mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbə növbəti dəfə dezinfeksiya olunub.

304 ailənin, 1167 nəfər sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə yerləşən qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə tutulan söhbətgahlar, məişət tullantılarının yığılması üçün istifadə olunan tullantı qabları suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.








GOYEZEN.AZ



Facebook-da paylaş