• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olub


Hər kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mərkəzində hər zaman vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar vətəndaş amilinə söykənir. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, son illərdir ki, Qazaxda da vətəndaş mövqeyi hər şeydən üstün tutulur.

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı ilə yanaşılır. Onları narahat edən məsələlər yerindəcə öyrənilir. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də hər zaman olduğu kimi yerinə yetirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığaı ilk gündən işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı ƏskiparaAşağı Əskipara kənd sakinlərinin məskunlaşdığıyeni qəsəbədə olması, mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması istiqamətində tapşırıq verməsi bunu bir daha sübut edir.

İcra başçısı Rəcəb Babaşov bu gün də Qazaxbəyli kəndində salınmış həmin yeni qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailəsi ilə görüşüb, qəsəbənin qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunduğunu və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimlə bağlı tələblərinə əməl olunmasının vacibliyini diqqətə çatdırıb. Xüsusi karantin rejiminin tələblərinə əməl edərək insanların evlərindən çıxmamalarını, yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda çıxmalarını, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləməyi tövsiyə edib. Ölkəmizdə yaranan vəziyyətlə bağlı görülən işlərə hər bir vətəndaşın da öz evində qalaraq dəstək ola biləcəyini qeyd edib.

Aşağı Əskipara kənd sakini Front Həsənov qəsəbədə aparılan dezinfeksiya işlərini xüsusi vurğularaq vətəndaşların sağlamlığının qorunması istiqamətində koronavirus infeksiyasına qarşı dövlətimiz tərəfindən görülən qabaqlayıcı tədbirlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlığını bildirib. O, dövlətimiz tərəfindən görülən işlər sayəsində ölkəmizdə yaşanan bu vəziyyətin aradan qalxacağını və dünyada yayılan bu infeksiyanın ölkəmizdən az fəsadla sovuşacağını qeyd edib.




GOYEZEN.AZ



Facebook-da paylaş