• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yaşayış binalarının koronavirus infeksiyasına qarşı dezinfeksiyası davam etdirilir

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri qeyd-şərtsiz yerinə yetirilir.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə aparılır.
Tələblərə riayət olunaraq görülən işlərdən biri də yaşayış və qeyri-yaşayış binalarının, eləcə də girəcəklərin, pilləkən qəfəsələrinin, liftlərin dezinfeksiya edilməsidir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, dezinfeksiya işləri ilə bağlı verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir. Belə ki, rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaşayış binalarında həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən bir və ikimərtəbəli 4,5,6,7,8,9,10,11,12,13,14,15-1,15-2,22,23,24,25,26,27,28,29,30,31,32,33,34,35,36,38,39,40,41 saylı yaşayış binalarında, eləcə də məcburi köçkünlərin və aztəminatlı ailənin yaşadığı köhnə bağça binasında və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Binaların blokları, eləcə də ətraf ərazilər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin BBromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
N.Nərimanov yaşayış massivində yerləşən binalar
4 saylı bina
5 saylı bina
6 saylı bina
7 saylı bina
8 saylı bina
10 saylı bina
11 saylı bina
12 saylı bina
13 saylı bina
14 saylı bina





15-1 saylı 


15-2 saylı 


22 saylı bina




23 saylı bina



24 saylı bina



25 saylı bina




26 saylı bina


27 saylı bina





28 saylı bina

29 saylı bina


30 saylı bina


31 saylı bina



32 saylı bina

33 saylı bina

34 saylı bina

35 saylı

36 saylı 

40 saylı bina


41 saylı bina
GOYEZEN.AZ



Facebook-da paylaş