• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri görülüb

Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib.

Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 5 mərtəbə, 3 blokdan ibarət 60, 64 saylı, H.Arif küçəsində "Hərbi şəhərcik”də yerləşən 4 mərtəbəli, 4 bloklu 3,4, 4 mərtəbəli, 6 bloklu 2,5 saylı çoxmənzilli yaşayış binalarında və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb. Bundan əlavə, Azadlıq küçəsi 31 A ünvanında şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yaşadığı 3 mərtəbəli, 4 bloklu, eləcə də həmin küçədə yerləşən 2 mərtəbəli, 2 bloklu 31 saylı binalarda da koronavirus əleyhinə qabaqlayıcı tədbirlər həyata keçirilib.

Çoxmənzilli binalarla yanaşı, şəhərin mərkəzində yerləşən parkda uşaqların əyləncəsi üçün ayrılan məkan da Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

Bu gün həmçinin günorta saatlarında şəhərin girişindən başlayaraq H.Əliyev prospekti boyunca avtomaşın vasitəsilə də dezinfeksiya işləri görülüb.

Qeyd edək ki, dezinfeksiya işlərini əks etdirən bütün video çəkilişlər Göyəzən.az internet portalının facebook səhifəsində canlı yayımlanıb. 

Oxucular aşağıdakı linkə daxil olmaqla bütün video çəkilişləri izləyə bilərlər.

https://www.facebook.com/profile.php?id=100013464840214

Rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

H.Əliyev prospekti 60 saylı bina 

 




                       H.Əliyev prospekti 64 saylı bina



   H.Arif küçəsində "Hərbi şəhərcik"də yerləşən 2,3,4,5 saylı binalar

                                            2 saylı bina


                                       3 saylı bina




                                       4 saylı bina



                                        5 saylı bina





Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadığı Azadlıq küçəsi 31 A saylı bina



                     Azadlıq küçəsi 31 saylı bina

                                 

                                   H.Əliyev prospekti



    Mədəniyyət Mərkəzinin qarşısındakı parkda uşaqların əyləncəsi üçün ayrılan məkan






GOYEZEN.AZ



Facebook-da paylaş