• Təqvim

  • Unutma

  • Maraq



Ölkəmizin koronavirus infeksiyasına qarşı mübarizə apardığı bir vaxtda hər birimiz diqqətli olmalıyıq


Hər kəsə yaxşı məlumdur ki, son zamanlar dünyanın rastlaşdığı koronavirus infeksiyasının Azərbaycanda geniş şəkildə yayılmasının qarşısının alınması, ölkə vətəndaşlarının sağlamlığının təmin olunması, ölkəmizdə virusa yoluxmaq riskinin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçirilən iclaslar, qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələr də bir daha onu göstərir ki, epidemiya (COVID-19) ilə mübarizə necə vacib bir məsələdir. Eyni zamanda da hər bir vətəndaşımızın sağlamlığı üçün önəmlidir.

Bu gün çox təəssüflər olsun ki, ölkəmizin həssas bir məsələ olan koronavirusla mübarizə apardığı bir vaxtda sosial şəbəkələrdə, bəzi xəbər saytlarında, internet portallarında informasiya müharibəsi, gözə görünməz qüvvələr tərəfindən təxribat xarakterli yazılarla da rastlaşırıq. Hansı ki, bu ərəfədə bizim vətəndaşlarımız bu məsələyə soyuqqanlı yanaşmalı, dövlətin atdığı qabaqlayıcı tədbirləri anlaşıqlı qarşılamalıdırlar. Bütün məlumatlar Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat mərkəzindən əldə edilməlidir. Hər hansı bir Rayon İcra Hakimiyyəti ilə sual yaranacağı təqdirdə rəsmi qaydada məlumatları əldə etmək lazımdır. Whatsappdan, eləcə də digər sosial şəbəkələrdən istifadə edərək yalnış məlumatların əldə olunması, xüsusilə də vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədilə səs yazılarının yayılması birmənalı şəkildə qəti qadağandır.

Yenə də təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bu günlərdə gündəmi "Qazaxın icra başçısı virusu necə "yayır”? sərlövhəli yazılar zəbt etdi. Əvvəl reportyor.info,sonra isə həmin sayta istinadən gundemxeber.az, cumhuriyyet.net saytlarında yayımlanan yazılarda "Qazax Rayon icra başçısı Rəcəb Babaşov və nümayəndələri adi gigiyenik, karantin qaydalarına əməl edə bilmirlər. İcra başçısı və İH nümayəndələrinin, həkimlərin yayılan fotolarından görünür ki, nə tibbi maska taxıblar, nə əlcək geyiniblər, nə ayağa baxil keçiriblər” kimi fikirlər yer aldı.

Həmin yazını bilib-bilmədən yazan bəzi üzdən iraq, yalan informasiya yaymaq, çaşqınlıq yaratmaq istəyən reportyor.info, gundemxeber.az, cumhuriyyet.net saytlarının xüsusilə nəzərinə çatdırmaq istəyirik ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin nümayəndələri ilə birlikdə cənab prezident tərəfindən yenicə açılışı edilmiş, lakin fəaliyyətə başlamamış, xəstələr yerləşdirilməmiş xəstəxananın hazırlıq səviyyəsinə baxış keçirib. Publik hüquqi şəxsin rəhbər heyəti ilə birgə xəstəxananın hazırkı vəziyyəti, mövcud texniki məsələləri müzakirə olunub. Xəstəxananın tam fəaliyyətə başlaması üçün lazımi işlərin aparılması ilə bağlı öz tövsiyələrini verib.

GOYEZEN.AZ



Facebook-da paylaş