• Təqvim

  • Unutma

  • Maraq



“Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsində son tamamlanma işləri görülür


Son 4 ildir ki, Qazaxda start götürən genişmiqyaslı abadlıq işlərinin miqyası ildən-ilə artır. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda ötən il aparılan quruculuq işləri bu il də uğurla davam etdirilir. Artıq xeyli vaxtdır ki, Qazaxda icrasına başlanılan "Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsində görülən işlər də bunun əyani sübutudur. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanan abadlıq işləri bina sakinləri ilə yanaşı, rayon ictimaiyyətinin də razılığına səbəb olur. Bu layihə çərçivəsində qəsəbənin yeni görkəm almasına, Qazaxın respublikamızın abad və müasir rayonları sırasına daxil olmasına görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.

"Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə demək olar ki, son tamamlanma işləri görülür. Hazırda binaların qarşısına və ətraf ərazilərdə lazım olan hissələrə asfalt vurulması işi başa çatmaq üzrədir. Bundan başqa, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl dekorativ gül kolları əkilərək park salınıb. Salınmış parkın suvarılması üçün su xətti çəkilib. Məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınıb. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Binaların həyətində tikilmiş xeyir-şər evində rənglənmə işləri aparılıb. Bir sözlə, layihə çərçivəsində N.Nərimanov qəsəbəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi "Abad məhəllə” adı altında yeni görkəm alıb.













































 

GOYEZEN.AZ



Facebook-da paylaş