• Təqvim

  • Unutma

  • Maraq



“Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsində görülən işlər uğurla davam etdirilir


Son 4 ildir ki, böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən quruculuq işlərinin miqyası ildən-ilə artmaqda davam edir. Ötən il aparılan abadlıq işləri bu il də geniş vüsət alıb. Artıq xeyli müddətdir ki, Qazaxda icrasına başlanılan "Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsində görülən işlər də bunun əyani sübutudur. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən start götürən abadlıq işləri bina sakinləri ilə yanaşı, rayon ictimaiyyətinin də könlünü oxşayır. Bu layihə çərçivəsində qəsəbənin yeni görkəm almasını, Qazaxın respublikamızın abad və müasir rayonları sırasına daxil olmasını sakinlər razılıq hissi ilə qarşılayır. Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərlə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda binaların qarşısına və ətraf ərazilərdə lazım olan hissələrə asfalt vurulması işi davam etdirilir. Bundan başqa, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl dekorativ gül kolları əkilərək park salınıb. Salınmış parkın suvarılması üçün su xətti çəkilib. Məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınıb. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Binaların həyətində tikilmiş xeyir-şər evində rənglənmə işləri aparılıb. Bir sözlə, layihə çərçivəsində N.Nərimanov qəsəbəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi "Abad məhəllə” adı altında yeni görkəm alır.




GOYEZEN.AZ



Facebook-da paylaş