• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Dəmirçilər kəndində güləş zalının tikintisi ilə maraqlanıb


Respublika Prezidenti cənab İlham Əliyevin dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu sübut edir ki, Azərbaycanda dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır.

Son 4 ildir ki, ölkə başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrə Qazaxda da olduğu kimi əməl olunur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən demək olar ki, iş fəaliyyətinin əsasını vətəndaş amili təşkil edir. İstər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi bunun əyani sübutudur.

Ötən yazımızda Dəmirçilər kəndində keçirilən səyyar görüş zamanı Dəmirçilər kənd tam orta məktəbin idman müəllimi Kərimov Məzahir Qəşəm oğlunun kənddə güləş zalının tikintisi ilə bağlı müraciətinin müsbət həllini tapması barədə məlumat vermişdik. Belə ki, rayon rəhbəri kənddə köhnə tikilidə fəaliyyət göstərən güləş zalına baxış keçirmiş və əsaslı şəkildə yenidən qurulması barədə öz tapşırıqlarını vermişdi. Artıq haqqında söhbət açdığımız güləş zalının tikintisi yekunlaşmaq üzrədir. Qısa bir müddətdə güləş zalı yenidən qurulub. Hörgü və suvaq işləri aparılıb, Dam örtüyü və tavanı yenilənib, yeni qapı və pəncərələr qoyulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər kəndində olub, güləş zalında görülən işlərlə maraqlanıb. Son tamamlanma işləri ilə yaxından tanış olan icra başçısı bəzi tapşırıqlarını da verib.  

M.Kərimov onun müraciətini nəzərə alıb güləş zalının tikintisinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Vətəndaşlara göstərilən dövlət qayğısına, eləcə də idman sahəsinin inkişafına verdiyi dəstəyə görə bir daha ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Güləş zalının əvvəlki vəziyyəti



Güləş zalının tikintidən sonrakı vəziyyəti 


GOYEZEN.AZ



Facebook-da paylaş