• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edirlər

Arif Hüseynov və Xasay Balayevdən

 


Möhtərəm cənab Prezident, Sizin hər hansı bölgəyə səfəriniz həmin bölgədə sosial obyektlərin açılışı, infrastrukturun yaxşılaşması, yeni iş yerlərinin istifadəyə verilməsi ilə nəticələnir. Qazax rayonuna səfəriniz də biz qazaxIıları, rayonda yaşayan əmək və müharibə veteranlarını çox sevindirdi, ürəyimizi fərəh hissi ilə doldurdu.

Bu gün Azərbaycanımızın sürətli tərəqqisini, neftdən asılılığının aradan qaldırılmasını, kənd təsərrüfatının dinamik inkişafını, əmək haqlarının, təqaüdlərin artımını və vətəndaşların maddi rifah halının yüksəlməsini görməmək, hiss etməmək mümkün deyildir.

Möhtərəm Prezident, Milli Məclisə seçkilərin dinamik və şəffaf keçirilməsi, Sizin Milli Məclisdə çıxışınız bir daha Azərbaycanımızın əmin əllərdə olduğunu göstərdi. Biz öz adımızdan və bütün qazaxlılar adından Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanımızın gələcəyi naminə Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynov Arif Sabir oğlu

Balayev Xasay Rza oğlu

Qarabağ Müharibəsi veteranları.

Azərbaycan Respublikası, Qazax rayonu.

17 mart 2020-ci il



Facebook-da paylaş