İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Hər kəsə yaxşı məlumdur ki, son 4 ildir ki, cənab Prezident İlham
Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da ön plana çəkilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı
ilk gündən bu siyasəti Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq
rayon sakinləri ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən
eşitməsi, vətəndaşlara göstərilən diqqət və qayğı ilə maraqlanması vətəndaş
amilinin daim diqqət mərkəzində olması deməkdir. Bu
gün icra başçısı Rəcəb Babaşov rayonda fəaliyyət göstərən Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun Qazax rayon şöbəsində olub. Rayon rəhbəri işçiləri qarşıdan gələn
milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini
çatdırıb. Onlar üçün yaradılan mövcud şəraitlə yerində tanış olub, müraciət edən
vətəndaşlara olan münasibətlə, göstərilən xidmət formaları ilə maraqlanıb. Şöbənin
rəisi Laçın Qurbanov qeyd edib ki, bu gün ölkə başçısının vətəndaşlara olan səmimi
münasibəti, onlara olan diqqət və qayğısı bizim işimizin də əsas hissəsini təşkil
edir. Müraciət edən hər bir vətəndaşa qayğı göstərilir, etdikləri bütün müraciətlərə
həssaslıqla yanaşılır. İşçilərlə
səmimi söhbət edən icra başçısı müvafiq tapşırıq və tövsiyələrini də verib.
GOYEZEN.AZ
Facebook-da paylaş