• Təqvim

  • Unutma

  • Maraq



“Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsi yeni görkəm alır


Artıq xeyli müddətdir ki, Qazaxda icrasına başlanılan "Abad məhəllə” layihəsi çərçivəsində N.Nərimanov qəsəbəsi yeni görkəm alır. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən start götürən abadlıq işləri bina sakinləri ilə yanaşı, rayon ictimaiyyətinin də könlüncədir. Bu layihə çərçivəsində Qazax rayonunun yeni görkəm almasını, ölkəmizin abad və müasir rayonları sırasına daxil olmasını sakinlər razılıq hissi ilə qarşılayırlar. Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərlə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda binaların qarşısına və ətraf ərazilərdə lazım olan hissələrə asfalt vurulur. Bundan başqa, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl dekorativ gül kolları əkilərək park salınıb. Salınmış parkın suvarılması üçün su xətti çəkilib. Məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Binaların həyətində tikilmiş xeyir-şər evində rənglənmə işləri aparılıb. Bir sözlə, layihə çərçivəsində N.Nərimanov qəsəbəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni görkəm alaraq "Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olur.










 

GOYEZEN.AZ



Facebook-da paylaş