Səyyar görüşdə qaldırılan daha bir məsələ müsbət həllini tapır
Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi
fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri
gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə
yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı
üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, Azərbaycanda dövlət
siyasətinin ana xəttini vətəndaş amili
təşkil edir. Həyata keçirilən bütün işlərin kökündə vətəndaşların mövqeyi,
onların istəyi dayanır. 4 ilə yaxın bir müddətdir ki, ölkə rəhbərinin
vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da olduğu kimi icra
olunur. Rəhbər təyin olunduğu ilk gündən icra başçısının iş fəaliyyətinin
əsasını vətəndaş amili təşkil edir. İstər şəhər, istərsə də kəndlərdə
sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə
əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsi bunu əyani şəkildə sübut edir. Dəmirçilər kəndində keçirilən səyyar görüş zamanı
Dəmirçilər kənd tam orta məktəbin idman müəllimi Kərimov Məzahir Qəşəm oğlunun kənddə
güləş zalının tikintisi ilə bağlı müraciətinin müsbət həllini tapması onu
göstərir ki, rayon rəhbərliyi görüş zamanı qaldırılan hər bir məsələyə
həssaslıqla yanaşır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Dəmirçilər kəndində olub. Rayon rəhbəri kənddə köhnə tikilidə fəaliyyət
göstərən güləş zalının əsaslı şəkildə yenidən qurulması istiqamətində tapşırıq
və tövsiyələrini verib, işlərə başlanılmasını qeyd edib. M.Kərimov onun müraciətini nəzərə alıb güləş zalının
tikintisinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Vətəndaşlara
göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını
bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş