“Narkomaniyaya yox deyək!” » Göyəzən internet portalı


“Narkomaniyaya yox deyək!”

“Narkomaniyaya yox deyək!”
Qazax rayon polis şöbəsi tərəfindən “Narkomaniyaya yox deyək!” mövzusunda toplantı keçirilib. Şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə polis şöbəsinin rəhbərliyi və əməkdaşları, müəllim və şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak edib.
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
Məktəbin direktoru Murğuz Mustafayev tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illər rayonun hüquq-mühafizə orqanları tərəfindən narkomaniyaya qarşı aparılmış ardıcıl mübarizə və həyata keçirilmiş tədbirlər nəticəsində bu cür halların sayı xeyli azalıb, narkomaniyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər öz bəhrəsini verib.
“Narkomaniyaya yox deyək!”
Rayon polis şöbəsinin rəisi, polkovnik-leytenant Ədalət Əliyev geniş məruzə ilə çıxış edərək narkomaniyanın profilaktikası, ona qarşı mübarizənin yolları haqqında danışıb. Qeyd edib ki, əsrimizin bəlası olan narkomaniyaya qarşı ölkəmizdə, eləcə də Qazax rayonunda ciddi və barışmaz mübarizə aparılır. Bu məqsədlə həm hüquqi tədbirlər görülür, həm də əhali arasında, xüsusilə yeniyetmələr arasında təbliğat və maarifləndirici işlər həyata keçirilir. Ə.Əliyev öz çıxışında bildirib ki, bu bəlaya düçar olmuş insanlar haqqında hüquqi tədbirlər görülüb və bu işlər çox ciddi şəkildə davam etdiriləcəkdir.

Sonra rayon təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov, məktəbin psixoloqu Afət Əsgərova, valideynlərdən Almaz Budaqova, Əfəndi Əfəndiyev və başqaları çıxış edərək narkomaniyaya qarşı aparılan mübarizə işlərindən, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
Şagirdlərdən Xumar Məmmədova, Əfəndi Kərəm və başqaları söz alaraq belə bir mühüm tədbiri keçirdikləri üçün rayon polis şöbəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
“Narkomaniyaya yox deyək!”
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən bukletlər paylanılıb.

Elçin İSMAYIL


Facebook-da paylaş