Aşağı Salahlı kəndində səyyar görüş keçirilib
Bu gün 2020-ci ilin proqramına uyğun olaraq Aşağı Salahlı kəndində ilk səyyar görüş keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Respublika Prezidenti İlham Əliyev
tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, əhalinin maddi rifah
halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq
və tövsiyələr bir daha diqqətə çatdırılıb. 2019-cu
ilin respublikamızda, eləcə də Qazaxda aparılan genişmiqyaslı quruculuq
işləri ilə yadda qaldığı vurğulanıb. Kənd sakinlərini salamlayan
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, həmişə olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədi
vətəndaşları narahat edən qayğıları dinləməyə,
onlar tərəfindən qaldırılan məsələləri, səslənən fikirləri öyrənərək
operativ şəkildə yerindəcə həlli istiqamətində əməli işlər görməyə yönəlib.
Həmçinin ehtiyac olduğu halda aidiyyatı təşkilatlar qarşısında məsələ
qaldırmaqdan ibarət olduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham
Əliyev tərəfindən ölkəmizdə yürüdülən məqsədyönlü dövlət siyasətindən, ölkə
başçısının son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında
söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından da söz açıb.
Atılan addımların birbaşa xalqa xidmət edən əsas amillər olduğunu qeyd edib. İcra başçısı fevralın 3-də "Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə
başçısının çıxışında ölkəmizin qazandığı nailiyyətlərin geniş şəkildə öz əksini
tapdığını bildirib. Rayon
rəhbəri buna misal olaraq əhalinin maddi rifah halının, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər
ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara
olan diqqət və qayğısını göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən
istər ötən ilin sonları, istərsə də 2019-cu ildə həyata keçirilən iqtisadi
islahatlar bir daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət
siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da
dayanacaq. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı
imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan
irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib.
2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən
danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər
minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə
də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40
faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində
görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə
bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin
verilməsini atılan ən humanist addım kimi qeyd edib. Ünvanlı sosial yardımın təyin
edilməsi sahəsindəki yeniliklərdən danışan icra başçısı bütün hallarda vətəndaş
məmnunluğuna xidmət edən addımların atılacağını bildirib. "Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda icrası nəzərdə tutulan işlərin 2019-cu ildə respublikamızda olduğu kimi, Qazaxda da uğurla
həyata keçirildiyini qeyd edən icra başçısı buna rayonda il ərzində görülən
işləri nümunə göstərib. Rayon rəhbəri Qazaxda rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən
birinin - 10
korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin
tikintisinin başa
çatdırılmasını ötən ilin uğuru kimi qeyd edib. Eyni zamanda böyük layihələr hesab edilən su və
kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil
yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib. Rayon rəhbəri hazırda Qazaxda icrasına başlanılan "Abad məhəllə”
layihəsindən də danışıb. Qeyd edib ki, bu layihə çərçivəsində
qısa bir vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın
da siması tamamilə dəyişəcək, daha yeni görkəm alacaq, abad və müasir rayonlar
sırasına yazılacaq. Bildirib ki, ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi
başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49
saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların
yerləşdiyi ərazidən başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik
və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər
yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək
park salınacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm
alacaq və bütün gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında
rayonumuzun ən gözəl ünvanına çevriləcək. Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi
baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət
qayğısı kimi qeyd edib. Hazırda Xalq yazıçısı
İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən
qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta
məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi
tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini
gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi
göstərib. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim
diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq
bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini
bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, bu gün rayon üzrə mövcud olan 25
bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını
vurğulayıb. İcra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında da
təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri uzun
illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını
bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək,
Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli
suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə
Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü
işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama
əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını
qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq
subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə
istifadəyə verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin
salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam
etdiriləcəyini vurğulayıb. İcra başçısı qeyd edib ki,
Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə
bağlı tədbirlər haqqında Respublika
Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamı bu sahədə görülən işlərin
uğurla davam etdirilməsi deməkdir. İcra başçısı həmin Sərəncama əsasən Ağköynək, Aslanbəyli,
Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli,
Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndləri üzrə 14 yaşayış məntəqəsinin hər birində 1 ədəd subartezian quyusunun
qazılmasını kənd sakinlərinin içməli və suvarma suyuna olan tələbatının
yaxşılaşdırılması kimi qiymətləndirib. İcra başçısı həmin kəndlərdən birinin məhz
Aşağı Salahlı kəndi olduğunu qeyd edib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla
bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə
görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala
Cəfərli kəndlərində SİP kabelləşmənin 100 faiz başa
çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini
tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Bu gün
rayonda SİP kabelləşmə işinin 28 faiz icra edildiyini, lakin bu il 45 faizə
çatdırılacağını bildirib. Digər kəndlərdə olduğu
kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını
söyləyib. Rayon rəhbəri SİP kabelləşmə ilə bərabər arxların beton üzlüyə
alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması və s. kimi
məsələlərin həlli üçün Dövlət Proqramını əhatə edən illər ərzində müvafiq
tədbirlərin həyata keçiriləcəyini bir daha bildirib. "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri
dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən
məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşların Aşağı Salahlı kənd Diyarşünaslıq
evinin dam örtüyünün dəyişdirilməsi, kənddə olan transformatorun ətrafına metal
torun çəkilməsi ilə bağlı müraciətlərini dinləyən rayon
rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan
məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib. Sonra icra başçısı Aşağı
Salahlı kənd körpələr evi-uşaq bağçasında olub, körpə balalara göstərilən
diqqət və qayğı, onlara verilən ərzaqların keyfiyyəti, tibbi müayinə olmaları
ilə maraqlanıb.
GOYEZEN.AZ
Aşağı
Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, Aşağı Salahlı kənd körpələr
evi-uşaq bağçasının müdiri Afət Küləşova, ağsaqqal Ayvaz Osmanov, Ziyaddın
İsmayılov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə
görülən genişmiqyaslı görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Rayonda, o cümlədən Aşağı Salahlı kəndində görülən işlərdən danışan sakinlər
abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə
bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.
Facebook-da paylaş