İcra başçısı və Administrasiya nümayəndəsi Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən son tamamlanma işləri ilə tanış olublar
Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva tərəfindən yüksək dövlət qayğısı əhatə olunan
sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Son illər ölkəmizdə yeni
mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin
əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi, mədəniyyət
müəssisələrinin sayının ildən-ilə artması haqqında söhbət açdığımız dövlət
qayğısının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, Qazaxda da istər ölkə
başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı
yüksək səviyyədədir. Dövlət qayğısı olaraq Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə
olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmir olunaraq yenidən qurulması
musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə ən
böyük töhfədir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi
Orxan Mürsəlovla birlikdə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində
olub, aparılan son tamamlanma işləri ilə maraqlanıblar. Rayon rəhbərliyinə məlumat
verilib ki, bütün əsas işlər yekunlaşıb. Hazırda isə məktəb binasının xarici
fasadında rənglənmə işləri həyata keçirilir. Görülən bütün işlərin keyfiyyətlə
aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini də verib. Məlumat olaraq o da qeyd olunub ki, Qazax şəhər 1
nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış
binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən
məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin
balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri
otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar,
kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər
müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya
musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka,
1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə
olunur. GOYEZEN.AZ
Facebook-da paylaş