İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində son tamamlanma işləri ilə tanış olub
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda mədəniyyət
sahəsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Bunu
ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək qayğısı sayəsində
son illər ölkəmizdə yeni mədəniyyət müəssisələrinin inşa edilməsindən,
neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunmasından, müasir İncəsənət
Mərkəzlərinin istifadəyə verilməsindən, mədəniyyət müəssisələrinin sayının
ildən-ilə artmasından aydın şəkildə görmək olur. Sevindirici hal isə odur ki, respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi
tərəfindən mədəniyyət sahəsinə olan qayğı diqqət mərkəzindədir. Dövlətimiz
tərəfindən qazaxlılara, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə
ilə məşğul olan gənclərimizə olan qayğının nəticəsidir ki, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və
qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmir
olunaraq yenidən qurulur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində olub, son
tamamlanma işləri ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə
aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini də verib. Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada
fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin
ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin
balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri
otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar,
kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər
müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya
musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka,
1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə
olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş